Tarix:14/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkət 10 il əvvəl avtomobil mühərriklərinin istehsalında nadir yer materiallarından istifadənin azaldılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda vədinə əməl etməyə başlayıb. Belə ki, “Honda” digər Yaponiya şirkəti “Daido Steel” ilə birlikdə hazırlanan yeni hibrid mühərrik təqdim edib.
Bildirilir ki, yeni mühərrik disprozium və terbium kimi ağır nadir yer materiallarından istifadə etməyəcək.
Bunun əvəzində isə mühərrikdə "Daido Steel” şirkətinin icad etdiyi və əvvəllər istifadə olunan komponentlərdən 10 faiz ucuz və 8 faiz yüngül olan xüsusi maqnitlər tətbiq ediləcək. “Honda” nümayəndələrinin sözlərinə görə, onlar mühərrik istehsalında, əsasən, Çinin tədarük etdiyi nadir yer materiallarından istifadənin asılılığını azaltmaqda davam edəcəklər.
Bu ilin payızında satışa çıxarılacaq kompakt "Freed” avtomobilləri ilk hibrid mühərriklərlə təchiz ediləcək.
“Honda” mütəxəssisləri qeyd edirlər ki, bahalı materiallardan istifadədən imtina şirkətə vəsaitə qənaət etməyə və maşınqayırmada istifadə olunan digər əksər materialların qiymətini azaltmağa imkan verəcək.
Onu da qeyd etmək lazımdır ki, yeni mühərrikdə Şimali Amerika, Avstraliya və Çində hasil edilən yeganə yer elementi hesab olunan neodimdən istifadə olunub. Gələcəkdə şirkət hibrid mühərriklərin hazırlanmasında belə elementlərin istifadəsindən tam imtinanı planlaşdırır.
Nizam Nuriyev
Nadir materiallardan istifadə olunmadan ilk hibrid mühərrik yaradılıb
Yaponiyanın “Honda Motor Co” avtomobil istehsalçısı nadir yer materiallarından istifadə etmədən hibrid avtomobil mühərriki hazırlayıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, hibrid avtomobillərin yaradılmasının dəyərini azaldacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkət 10 il əvvəl avtomobil mühərriklərinin istehsalında nadir yer materiallarından istifadənin azaldılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda vədinə əməl etməyə başlayıb. Belə ki, “Honda” digər Yaponiya şirkəti “Daido Steel” ilə birlikdə hazırlanan yeni hibrid mühərrik təqdim edib.
Bildirilir ki, yeni mühərrik disprozium və terbium kimi ağır nadir yer materiallarından istifadə etməyəcək.
Bunun əvəzində isə mühərrikdə "Daido Steel” şirkətinin icad etdiyi və əvvəllər istifadə olunan komponentlərdən 10 faiz ucuz və 8 faiz yüngül olan xüsusi maqnitlər tətbiq ediləcək. “Honda” nümayəndələrinin sözlərinə görə, onlar mühərrik istehsalında, əsasən, Çinin tədarük etdiyi nadir yer materiallarından istifadənin asılılığını azaltmaqda davam edəcəklər.
Bu ilin payızında satışa çıxarılacaq kompakt "Freed” avtomobilləri ilk hibrid mühərriklərlə təchiz ediləcək.
“Honda” mütəxəssisləri qeyd edirlər ki, bahalı materiallardan istifadədən imtina şirkətə vəsaitə qənaət etməyə və maşınqayırmada istifadə olunan digər əksər materialların qiymətini azaltmağa imkan verəcək.
Onu da qeyd etmək lazımdır ki, yeni mühərrikdə Şimali Amerika, Avstraliya və Çində hasil edilən yeganə yer elementi hesab olunan neodimdən istifadə olunub. Gələcəkdə şirkət hibrid mühərriklərin hazırlanmasında belə elementlərin istifadəsindən tam imtinanı planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 1422
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib