Tarix:21/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkətin istehlak robot texnikası üzrə ilk məhsulu olan “Obi” adlı robot beyin iflici və ya Parkinson xəstəliyi kimi xəstəliklərdən əziyyət çəkən insanların yaşayış keyfiyyətini yaxşılaşdıra bilən müasir mətbəx cihazına oxşayır. Robotun dörd ayrı-ayrı boşqabı müxtəlif yeməklərlə doldurulduqdan sonra istifadəçi özünü sadə idarəetmə interfeysi vasitəsilə müstəqil yedizdirə bilər. Belə ki, düymələrdən biri boşqablar arasında robotlaşdırılmış əlin yerini dəyişir, digəri isə seçilmiş boşqabdan yedizdirmə prosesini işə salır.
İnterfeysi istifadəçinin konkret tələb və imkanlarından asılı olaraq qurmaq olar. Qurğu dəstində tədarük edilən böyük qırmızı düymələr əlləri işləyən, lakin kiçik motorika (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) qabiliyyətini itirən insanlara kömək edəcək. Bundan başqa, bu düymələr ayaqları işləyən insanlar üçün döşəmədə yerləşdirilə bilər.
Robot havada istifadəçinin ağzının harada yerləşməsini müəyyənləşdirmək üçün kənar şəxsin köməyi ilə müəyyən vəziyyətdə quraşdırılan və onu istifadəçinin ağzının olduğu yer kimi yadda saxlayan “Teach Mode” funksiyasından istifadə edir.
“Obi” robotunu istehsalçının saytında 4500 dollara sifariş etmək mümkündür.
Nizam Nuriyev
“Obi” robotu əlillərə qida qəbulunda kömək edəcək
“Desin” şirkəti sağlamlıq imkanları məhdud insanlara kömək üçün nəzərdə tutulan robotlaşdırılmış əl hazırlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkətin istehlak robot texnikası üzrə ilk məhsulu olan “Obi” adlı robot beyin iflici və ya Parkinson xəstəliyi kimi xəstəliklərdən əziyyət çəkən insanların yaşayış keyfiyyətini yaxşılaşdıra bilən müasir mətbəx cihazına oxşayır. Robotun dörd ayrı-ayrı boşqabı müxtəlif yeməklərlə doldurulduqdan sonra istifadəçi özünü sadə idarəetmə interfeysi vasitəsilə müstəqil yedizdirə bilər. Belə ki, düymələrdən biri boşqablar arasında robotlaşdırılmış əlin yerini dəyişir, digəri isə seçilmiş boşqabdan yedizdirmə prosesini işə salır.
İnterfeysi istifadəçinin konkret tələb və imkanlarından asılı olaraq qurmaq olar. Qurğu dəstində tədarük edilən böyük qırmızı düymələr əlləri işləyən, lakin kiçik motorika (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) qabiliyyətini itirən insanlara kömək edəcək. Bundan başqa, bu düymələr ayaqları işləyən insanlar üçün döşəmədə yerləşdirilə bilər.
Robot havada istifadəçinin ağzının harada yerləşməsini müəyyənləşdirmək üçün kənar şəxsin köməyi ilə müəyyən vəziyyətdə quraşdırılan və onu istifadəçinin ağzının olduğu yer kimi yadda saxlayan “Teach Mode” funksiyasından istifadə edir.
“Obi” robotunu istehsalçının saytında 4500 dollara sifariş etmək mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib