Tarix:22/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırlanan zond polyarlaşma vəziyyətini saxlayan optik lifdən və kənarları yumru 25 kalibrli (xarici diametri 0,51 millimetr) tibbi iynədən ibarətdir. Cihaz hazırlanarkən ümumi uzunluğu bir metrə yaxın lif ucundan 15 millimetr təmizləndikdən sonra 4 millimetrədək kiçildilən iynəyə elə yerləşdirilib ki, sonuncudan 2 millimetr lif qabağa çıxsın. Bununla yanaşı, iynə qoruyucu giliz funksiyasını yerinə yetirib.
Temperatur ölçülməzdən əvvəl zondun qabağa çıxmış optik lif ucu bir saniyə ərzində əridilmiş tellur şüşədən yaradılan natrium sink tellur məhlulunun içərisinə salınıb. Sensorun həssaslığını artırmaq üçün məhlul az sayda erbium və itterbium ilə aşqarlanıb. Zond siçanın baş-beyninə daxil edilən zaman element aşqarlayıcıları toxumaların temperaturundan asılı olaraq rənglərini dəyişib. Doktor Stefan Musolinonun sözlərinə görə, metodika temperaturu 0,1°С-dək dəqiqliklə ölçməyə imkan verir.
“Cihazın öyrənə biləcəyi nahiyə 125 mikrometrdən çox deyil ki, bu da onu yer baxımından səciyyələndirir”, - deyə layihə həmmüəllifi Erik Şartner vurğulayıb.
Klinik sınaqlar çərçivəsində alimlər texnologiyanı MDMA ("ekstazi") təsirinə məruz qalmış gəmiricilər üzərində keçirmək niyyətindədirlər. Eyni zamanda tetrasiklin və minosiklin antibiotiklərinin beyinin narkotik preparatın qəbulu ilə pozulmuş temperaturuna düzəliş etməsinin yoxlanılması planlaşdırılır. Sınaq testlərdən sonra yeni zondun insan üzərində - kəllə-beyin travmalı, insult və ya beyindaxili qanaxmanın olduğu xəstələrdə beyinin temperaturunun monitorinqi üçün tətbiqi nəzərdə tutulur.
Nizam Nuriyev
Beyin üçün yüksək dəqiqlikli termometr icad edilib
Avstraliyanın Adelaid Universiteti və Nanomiqyaslı Biofotonika üzrə Qabaqcıl Təcrübə Mərkəzinin fizikləri baş-beyinin temperaturunun ölçülməsi üçün yüksək həssaslığa malik zond hazırlayıblar. Texnologiya kəllə-beyin travmalarının və insultun nəticələrinin diaqnostikasını fərqləndirməyə imkan verəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırlanan zond polyarlaşma vəziyyətini saxlayan optik lifdən və kənarları yumru 25 kalibrli (xarici diametri 0,51 millimetr) tibbi iynədən ibarətdir. Cihaz hazırlanarkən ümumi uzunluğu bir metrə yaxın lif ucundan 15 millimetr təmizləndikdən sonra 4 millimetrədək kiçildilən iynəyə elə yerləşdirilib ki, sonuncudan 2 millimetr lif qabağa çıxsın. Bununla yanaşı, iynə qoruyucu giliz funksiyasını yerinə yetirib.
Temperatur ölçülməzdən əvvəl zondun qabağa çıxmış optik lif ucu bir saniyə ərzində əridilmiş tellur şüşədən yaradılan natrium sink tellur məhlulunun içərisinə salınıb. Sensorun həssaslığını artırmaq üçün məhlul az sayda erbium və itterbium ilə aşqarlanıb. Zond siçanın baş-beyninə daxil edilən zaman element aşqarlayıcıları toxumaların temperaturundan asılı olaraq rənglərini dəyişib. Doktor Stefan Musolinonun sözlərinə görə, metodika temperaturu 0,1°С-dək dəqiqliklə ölçməyə imkan verir.
“Cihazın öyrənə biləcəyi nahiyə 125 mikrometrdən çox deyil ki, bu da onu yer baxımından səciyyələndirir”, - deyə layihə həmmüəllifi Erik Şartner vurğulayıb.
Klinik sınaqlar çərçivəsində alimlər texnologiyanı MDMA ("ekstazi") təsirinə məruz qalmış gəmiricilər üzərində keçirmək niyyətindədirlər. Eyni zamanda tetrasiklin və minosiklin antibiotiklərinin beyinin narkotik preparatın qəbulu ilə pozulmuş temperaturuna düzəliş etməsinin yoxlanılması planlaşdırılır. Sınaq testlərdən sonra yeni zondun insan üzərində - kəllə-beyin travmalı, insult və ya beyindaxili qanaxmanın olduğu xəstələrdə beyinin temperaturunun monitorinqi üçün tətbiqi nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib