Tarix:25/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni mikrobotların yaradılması özündə bir neçə mərhələni birləşdirir. Maqnit nanohissəcikləri biouyğun hidrogelə yerləşdirən texnologiya yaradıcıları nanohissəcikləri elektromaqnit sahəsi vasitəsilə yönəltməyə nail olublar. Sonra hidrogel bərk aqreqat halına gətirilənədək polimerləşdirilib və prototip nanohissəciklərin istiqamətinə uyğun toplanan və həcmli arxitektura formasını alan suya yerləşdirilib. Mikrorobota elektromaqnit sahəsi ilə təsir edən alimlər suda onun hərəkətini idarə edə biliblər. İsidilmə zamanı qurğu formasını dəyişdirərək “açılmağa” başlayıb.
Eksperimentdə tədqiqatçılar “Trypanosoma brucei” bakteriya növünün (Afrika tripanosomozu və ya yuxu xəstəliyi törədici mikrobu) hərəkətini imitasiya edən robotu sintezləşdiriblər. “Trypanosoma brucei” üçün onlara hərəkət etməyə kömək edən qamçıların mövcudluğu xarakterikdir. İnsan qanına düşən qamçı sağ qalma şansını artırmaq üçün gizlənməyə çalışır. Alimlər bu mexanizmi mikrorobotda təkrarlaya biliblər. Belə ki, hərəkət etmək üçün qamçıdan istifadə edən qurğu isidilmə zamanı onu bədən ətrafına sarıyıb.
“Bizim metodika orijinala daha uyğun motorikanı (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) təkrarlamaq üçün əksər formalarda sınaqdan keçirilə bilər. Həmçinin tədqiqat insan orqanizmi daxilində bakteriyaların hərəkət üsulları və onların xarici mühit dəyişikliklərinə uyğunlaşması barədə qiymətli informasiyanı verir”, - elmi assistent Selman Sakar bildirib.
Onun sözlərinə görə, texnologiyanın sınaqları davam etdirilir. Məsələn, qrupun qarşısında mikrorobotların mümkün əlavə təsirlərə məruz qalmasını yoxlamaq vəzifəsi durur.
Mikrorobotlar 1 millimetr ölçüdə mobil qurğulardır. Kiçik ölçü onları, xüsusilə tibbi sahədə tətbiq edilmək, o cümlədən orqanizmin təcrid edilmiş yerlərinə yüksək spesifikliyə malik preparatların çatdırılması, yüksək dəqiqlikli əməliyyatların həyata keçirilməsi üçün cəlbedici alətə çevirir. Simsiz birləşmələrin inkişafı ilə mikrorobotların buraxılış qabiliyyəti imkanları daha kompleksli və miqyaslı vəzifələrin yerinə yetirilməsi çərçivəsində digər mikrorobotlarla əlaqə üçün artırılıb.
Nizam Nuriyev
Universal mikrorobotların yaradılması texnologiyası kəşf edilib
İsveçrə alimləri istiliyin təsiri nəticəsində konfiqurasiyanı dəyişə bilən yüksək buraxılış qabiliyyətinə malik universal mikrorobotların yaradılması texnologiyasını hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni mikrobotların yaradılması özündə bir neçə mərhələni birləşdirir. Maqnit nanohissəcikləri biouyğun hidrogelə yerləşdirən texnologiya yaradıcıları nanohissəcikləri elektromaqnit sahəsi vasitəsilə yönəltməyə nail olublar. Sonra hidrogel bərk aqreqat halına gətirilənədək polimerləşdirilib və prototip nanohissəciklərin istiqamətinə uyğun toplanan və həcmli arxitektura formasını alan suya yerləşdirilib. Mikrorobota elektromaqnit sahəsi ilə təsir edən alimlər suda onun hərəkətini idarə edə biliblər. İsidilmə zamanı qurğu formasını dəyişdirərək “açılmağa” başlayıb.
Eksperimentdə tədqiqatçılar “Trypanosoma brucei” bakteriya növünün (Afrika tripanosomozu və ya yuxu xəstəliyi törədici mikrobu) hərəkətini imitasiya edən robotu sintezləşdiriblər. “Trypanosoma brucei” üçün onlara hərəkət etməyə kömək edən qamçıların mövcudluğu xarakterikdir. İnsan qanına düşən qamçı sağ qalma şansını artırmaq üçün gizlənməyə çalışır. Alimlər bu mexanizmi mikrorobotda təkrarlaya biliblər. Belə ki, hərəkət etmək üçün qamçıdan istifadə edən qurğu isidilmə zamanı onu bədən ətrafına sarıyıb.
“Bizim metodika orijinala daha uyğun motorikanı (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) təkrarlamaq üçün əksər formalarda sınaqdan keçirilə bilər. Həmçinin tədqiqat insan orqanizmi daxilində bakteriyaların hərəkət üsulları və onların xarici mühit dəyişikliklərinə uyğunlaşması barədə qiymətli informasiyanı verir”, - elmi assistent Selman Sakar bildirib.
Onun sözlərinə görə, texnologiyanın sınaqları davam etdirilir. Məsələn, qrupun qarşısında mikrorobotların mümkün əlavə təsirlərə məruz qalmasını yoxlamaq vəzifəsi durur.
Mikrorobotlar 1 millimetr ölçüdə mobil qurğulardır. Kiçik ölçü onları, xüsusilə tibbi sahədə tətbiq edilmək, o cümlədən orqanizmin təcrid edilmiş yerlərinə yüksək spesifikliyə malik preparatların çatdırılması, yüksək dəqiqlikli əməliyyatların həyata keçirilməsi üçün cəlbedici alətə çevirir. Simsiz birləşmələrin inkişafı ilə mikrorobotların buraxılış qabiliyyəti imkanları daha kompleksli və miqyaslı vəzifələrin yerinə yetirilməsi çərçivəsində digər mikrorobotlarla əlaqə üçün artırılıb.
Nizam Nuriyev
Baxış sayı: 688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib