Tarix:26/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni material yüksək temperaturda (Ti3Au) qızıl və titanın 3:1 nisbətində yaradılan ərintidir. Ərinti möhkəmliyinə görə adi titanı dörd dəfə üstələyir. Alimlər onu almaz örtüklü həvəngdəstə və dişicik vasitəsilə xırdalaya bilməyiblər. Bundan başqa, ərinti canlı hüceyrələr üçün zərərsizdir.
Alimlərin sözlərinə görə, yeni materialın bütün potensialı hələ tam müəyyənləşdirilməyib, lakin onun müxtəlif protezlərin yaradılması sahəsində titanı əvəzləməsi üçün cəlbedici olması şübhə doğurmur. Belə ki, müasir titandan hazırlanmış diz və bud-çanaq oynaq protezləri köhnəlir və 10 ildə bir dəfə dəyişməni tələb edir. Qızıl və titan ərintisindən istifadə protezlərin əvəz edilməsindən tam imtinaya imkan verməsə də, onların istismar müddətini xeyli artıra bilər.
Tədqiqatçılar qeyd edirlər ki, onların ərsəyə gətirdiyi materialın istehsalı nisbətən sadədir və prinsipcə, yeni deyil, lakin əvvəllər heç kim onun gözəl xüsusiyyətlərinə diqqət yetirməyib.
Professor Emiliya Morosan bildirib ki, ərintinin tətbiq edilə biləcəyi daha bir sahə qazma sənayesidir. Həmçinin material müxtəlif idman mallarının istehsalında potensial tətbiqi imkanlara malikdir.
Nizam Nuriyev
Protezlərin hazırlanmasında titanı əvəz edəcək möhkəm ərinti yaradılıb
ABŞ-ın Rays Universitetinin tədqiqatçılar qrupu protezlərin yaradılması sahəsində geniş tətbiq edilə biləcək möhkəmliyi ilə seçilən yeni ərinti icad edib.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni material yüksək temperaturda (Ti3Au) qızıl və titanın 3:1 nisbətində yaradılan ərintidir. Ərinti möhkəmliyinə görə adi titanı dörd dəfə üstələyir. Alimlər onu almaz örtüklü həvəngdəstə və dişicik vasitəsilə xırdalaya bilməyiblər. Bundan başqa, ərinti canlı hüceyrələr üçün zərərsizdir.
Alimlərin sözlərinə görə, yeni materialın bütün potensialı hələ tam müəyyənləşdirilməyib, lakin onun müxtəlif protezlərin yaradılması sahəsində titanı əvəzləməsi üçün cəlbedici olması şübhə doğurmur. Belə ki, müasir titandan hazırlanmış diz və bud-çanaq oynaq protezləri köhnəlir və 10 ildə bir dəfə dəyişməni tələb edir. Qızıl və titan ərintisindən istifadə protezlərin əvəz edilməsindən tam imtinaya imkan verməsə də, onların istismar müddətini xeyli artıra bilər.
Tədqiqatçılar qeyd edirlər ki, onların ərsəyə gətirdiyi materialın istehsalı nisbətən sadədir və prinsipcə, yeni deyil, lakin əvvəllər heç kim onun gözəl xüsusiyyətlərinə diqqət yetirməyib.
Professor Emiliya Morosan bildirib ki, ərintinin tətbiq edilə biləcəyi daha bir sahə qazma sənayesidir. Həmçinin material müxtəlif idman mallarının istehsalında potensial tətbiqi imkanlara malikdir.
Nizam Nuriyev
Baxış sayı: 722
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib