Tarix:28/07/16
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, istehsal xəttinə üç uzunqol futbolka daxildir. Onlardan biri havada dəm qazının yüksək konsentrasiyasını (yüksək konsentrasiyası zəhərlənmə və hətta ölümə səbəb olan karbon monooksidi), digəri havanın bərk mikrohissəciklərlə, üçüncüsü havanın radioaktiv maddələrlə çirklənməsini müəyyən edir.
"Smart" futbolkaların iş prinsipi mürəkkəbdir və şirkət bu barədə ətraflı məlumat vermir. Məsələn, karbon monooksidinin konsentrasiyasını müəyyənləşdirən maykanın rəngi boyaq maddəsinin tərkibinə daxil olan kimyəvi maddələr vasitəsilə dəyişir. Kimyəvi preparatlar dəm qazına reaksiya verərək qara zolaqları ağ rəngli edir. Bərk mikrohissəcikləri müəyyənləşdirən futbolkaya çirklənmənin səviyyəsi yüksək olan zaman geyimin rəngini dəyişən istilik panellərini aktivləşdirən qoruyucu sensorlar quraşdırılıb (söhbətin termohəssas rənglərdən getdiyi ehtimal edilir).
N.Bentelin sözlərinə görə, maykalar sahibini və onun yanında olan insanları havanın keyfiyyəti haqqında məlumatlandırmaq üçün nəzərdə tutulub. Dizayner "ağıllı" geyimin rəngini dəyişən zaman nəyi etməyin lazım olması barədə açıqlama vermir.
Qiyməti 500 dollardan başlayan futbolkaları şirkətin saytında almaq mümkündür.
Nizam Nuriyev
Havanın çirklənməsi zamanı rəngini dəyişəcək “ağıllı” geyim yaradılıb (VİDEO)
ABŞ dizayneri Nikolas Bentelin təsis etdiyi "Aerochromics" şirkəti havada zərərli maddələrin təhlükəli konsentrasiyasını müəyyənləşdirərək rəngini dəyişən "ağıllı" geyim yaradıb."ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, istehsal xəttinə üç uzunqol futbolka daxildir. Onlardan biri havada dəm qazının yüksək konsentrasiyasını (yüksək konsentrasiyası zəhərlənmə və hətta ölümə səbəb olan karbon monooksidi), digəri havanın bərk mikrohissəciklərlə, üçüncüsü havanın radioaktiv maddələrlə çirklənməsini müəyyən edir.
"Smart" futbolkaların iş prinsipi mürəkkəbdir və şirkət bu barədə ətraflı məlumat vermir. Məsələn, karbon monooksidinin konsentrasiyasını müəyyənləşdirən maykanın rəngi boyaq maddəsinin tərkibinə daxil olan kimyəvi maddələr vasitəsilə dəyişir. Kimyəvi preparatlar dəm qazına reaksiya verərək qara zolaqları ağ rəngli edir. Bərk mikrohissəcikləri müəyyənləşdirən futbolkaya çirklənmənin səviyyəsi yüksək olan zaman geyimin rəngini dəyişən istilik panellərini aktivləşdirən qoruyucu sensorlar quraşdırılıb (söhbətin termohəssas rənglərdən getdiyi ehtimal edilir).
N.Bentelin sözlərinə görə, maykalar sahibini və onun yanında olan insanları havanın keyfiyyəti haqqında məlumatlandırmaq üçün nəzərdə tutulub. Dizayner "ağıllı" geyimin rəngini dəyişən zaman nəyi etməyin lazım olması barədə açıqlama vermir.
Qiyməti 500 dollardan başlayan futbolkaları şirkətin saytında almaq mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 723
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib