Tarix:28/07/16
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, biotibbi mühəndislər və reabilitoloqlar tərəfindən hazırlanan "Self-Initiated Prone Progression Crawler" (SIPPC) adlı cihaz uşaqların kritik inkişaf mərhələsində - 2-8 aylıqlarında beyinlərinin inkişafı və hərəkətverici bacarıqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu yaşda uşaq serebral iflicinin simptomlarının qarşısının alınması daha effektivdir, çünki motor sistemi və onunla əlaqədar koqnitiv proseslər sürətlə inkişaf edir və bu halda uşağa xəstəliyin diaqnozunu yalnız bir yaşdan sonra qoymaq olur.
Robot üç təkərlə işə salınan uşaq üçün yumşaq altlıqdır. İməkləmə zamanı 12 hərəkət ötürücüsü (saniyədə 50 dəfə) və kameralar dəsti (daim) hərəkəti üç ölçüdə qeydə alır, elektrod dəstli kaska isə beyinin müvafiq nahiyələrinin aktivliyini yazır və əldə olunan məlumatlar kompüterə göndərilir. Kompüter təlimi alqoritmi uşağın hərəkətlərini analiz edir və onları yerinə yetirməyə kömək etməklə müsbət əks-əlaqəni verir və motor bacarıqlarını möhkəmləndirir.
Məlumata görə, keçirilən kiçik pilot sınaqlarından məlum olub ki, "SIPPC" uşaq serebral iflicinin inkişafı riskinə malik körpələrə həm hərəkətverici aktivliyi, həm də koqnitiv bacarıqları inkişaf etdirməyə kömək edir. Hazırda mütəxəssislər qrupu 4-8 aylıq 56 körpənin iştirakı ilə qurğunun klinik sınaqlarına başlayıb. Məlumatların toplanmasının 6-9 ay davam edəcəyi nəzərdə tutulur. Bundan sonra alimlərin onların emalına başlayacağı gözlənilir. Tədqiqatçı Endryu Feqqin sözlərinə görə, bu, çətin iş olacaq, çünki hər sessiya təxminən 10 qiqabayt tutumlu məlumat emal edir və indiyədək mindən çox belə sessiya keçirilib.
İlkin nəticələr metodikanın effektivliyini təsdiq edir və mütəxəssislərin sözlərinə görə, valideynlər onlara dəfələrlə "SIPPC"-i almaq üçün müraciət edib. E.Feqq qeyd edib ki, klinik və kommersiya istifadəsi üçün daha geniş sınaqlar keçirilməli və lisenziya alınmalıdır, lakin bundan əvvəl elmi kəşf etmək lazımdır.
Nizam Nuriyev
Robotlaşdırılmış iməkləyən uşaq serebral iflicli körpələrə kömək edəcək
Oklahoma Universitetinin əməkdaşları uşaq serebral iflicinin inkişafı riskinə malik körpələrə kömək üçün eksperimental avtomatlaşdırılmış qurğunun üçüncü nəslini təqdim ediblər."ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, biotibbi mühəndislər və reabilitoloqlar tərəfindən hazırlanan "Self-Initiated Prone Progression Crawler" (SIPPC) adlı cihaz uşaqların kritik inkişaf mərhələsində - 2-8 aylıqlarında beyinlərinin inkişafı və hərəkətverici bacarıqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu yaşda uşaq serebral iflicinin simptomlarının qarşısının alınması daha effektivdir, çünki motor sistemi və onunla əlaqədar koqnitiv proseslər sürətlə inkişaf edir və bu halda uşağa xəstəliyin diaqnozunu yalnız bir yaşdan sonra qoymaq olur.
Robot üç təkərlə işə salınan uşaq üçün yumşaq altlıqdır. İməkləmə zamanı 12 hərəkət ötürücüsü (saniyədə 50 dəfə) və kameralar dəsti (daim) hərəkəti üç ölçüdə qeydə alır, elektrod dəstli kaska isə beyinin müvafiq nahiyələrinin aktivliyini yazır və əldə olunan məlumatlar kompüterə göndərilir. Kompüter təlimi alqoritmi uşağın hərəkətlərini analiz edir və onları yerinə yetirməyə kömək etməklə müsbət əks-əlaqəni verir və motor bacarıqlarını möhkəmləndirir.
Məlumata görə, keçirilən kiçik pilot sınaqlarından məlum olub ki, "SIPPC" uşaq serebral iflicinin inkişafı riskinə malik körpələrə həm hərəkətverici aktivliyi, həm də koqnitiv bacarıqları inkişaf etdirməyə kömək edir. Hazırda mütəxəssislər qrupu 4-8 aylıq 56 körpənin iştirakı ilə qurğunun klinik sınaqlarına başlayıb. Məlumatların toplanmasının 6-9 ay davam edəcəyi nəzərdə tutulur. Bundan sonra alimlərin onların emalına başlayacağı gözlənilir. Tədqiqatçı Endryu Feqqin sözlərinə görə, bu, çətin iş olacaq, çünki hər sessiya təxminən 10 qiqabayt tutumlu məlumat emal edir və indiyədək mindən çox belə sessiya keçirilib.
İlkin nəticələr metodikanın effektivliyini təsdiq edir və mütəxəssislərin sözlərinə görə, valideynlər onlara dəfələrlə "SIPPC"-i almaq üçün müraciət edib. E.Feqq qeyd edib ki, klinik və kommersiya istifadəsi üçün daha geniş sınaqlar keçirilməli və lisenziya alınmalıdır, lakin bundan əvvəl elmi kəşf etmək lazımdır.
Nizam Nuriyev
Baxış sayı: 979
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib