Tarix:04/08/16
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən xəbər verir ki, yeni texnologiya vibrasiya olunan obyektlərin hərəkətinin ələ keçirilməsinə əsaslanır. Sözügedən texnologiya Massaçusets Texnologiya İnstitutunun kompüter texnologiyaları və süni intellekt sahəsində işləmələr üzrə məsul bölməsi olan “CSAIL”in (“Computer Science and Artificial Intelligence Laboratory”) alimləri tərəfindən hazırlanıb.
İnstitutun ixtirası çəkiliş zamanı obyektdən keçən vibrasiyanın təhlilinə əsaslanır. Çəkiliş üçün istənilən videokameradan istifadə mümkündür. Videofraqmentin təhlilinə bir neçə saniyə vaxt sərf olunur, bundan sonra çəkilmiş material əsasında yaradılmış interaktiv obyektləri bütün fiziki xüsusiyyətlərini saxlamaq şərti ilə dəyişdirmək mümkündür. Belə ki, kadrda hər hansı bir şəxsin əlini 2 metr uzatmaq mümkün olmasa da, amma yuxarı qaldırmaq, əymək və ya həmin şəxsi kadrdan asanlıqla silmək olar.
Yeniliyin yaradıcıları bu texnologiyanın film və video oyunlarda xüsusi effektlərin hazırlanmasında tətbiqini proqnozlaşdırırlar. Massaçusets Texnologiya İnstitutunun alimləri, həmçinin sözügedən texnologiyanın virtual və artırılmış reallıqla birgə istifadə potensialını qeyd ediblər.
Emil Hüseynov
Yeni texnologiya displeydəki təsvirə toxunmağa imkan verir
Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış texnologiya heç bir əlavə qurğu istifadə etmədən çəkilmiş videodakı obyektləri hərəkətini dəyişdirməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən xəbər verir ki, yeni texnologiya vibrasiya olunan obyektlərin hərəkətinin ələ keçirilməsinə əsaslanır. Sözügedən texnologiya Massaçusets Texnologiya İnstitutunun kompüter texnologiyaları və süni intellekt sahəsində işləmələr üzrə məsul bölməsi olan “CSAIL”in (“Computer Science and Artificial Intelligence Laboratory”) alimləri tərəfindən hazırlanıb.
İnstitutun ixtirası çəkiliş zamanı obyektdən keçən vibrasiyanın təhlilinə əsaslanır. Çəkiliş üçün istənilən videokameradan istifadə mümkündür. Videofraqmentin təhlilinə bir neçə saniyə vaxt sərf olunur, bundan sonra çəkilmiş material əsasında yaradılmış interaktiv obyektləri bütün fiziki xüsusiyyətlərini saxlamaq şərti ilə dəyişdirmək mümkündür. Belə ki, kadrda hər hansı bir şəxsin əlini 2 metr uzatmaq mümkün olmasa da, amma yuxarı qaldırmaq, əymək və ya həmin şəxsi kadrdan asanlıqla silmək olar.
Yeniliyin yaradıcıları bu texnologiyanın film və video oyunlarda xüsusi effektlərin hazırlanmasında tətbiqini proqnozlaşdırırlar. Massaçusets Texnologiya İnstitutunun alimləri, həmçinin sözügedən texnologiyanın virtual və artırılmış reallıqla birgə istifadə potensialını qeyd ediblər.
Emil Hüseynov
Baxış sayı: 677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib