Tarix:20/08/16
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, polşalı mühəndislər tərəfindən yaradılmış robot yumşaq materiallardan hazırlanıb və ölçüsü o qədər kiçikdir ki, barmağın ucunda yerləşə bilər. Karkas və robotun hərəkət modelinin hazırlanmasında yalnız mühəndislər deyil, həm də fizioloq və bioloqlar iştirak ediblər. Belə əməkdaşlıq nəticəsində tırtılın hərəkətini dəqiq canlandırmaq mümkün olub və ona yalnız irəli-geri sürünmək deyil, həmçinin dönmək və maneələri dəf etmək öyrədilib. Bundan başqa, kiçik ölçülü robot öz çəkisindən 10 dəfə ağır yük daşımaq qabiliyyətinə malikdir.
Robotun karkasının əsasını plastik materialdan hazırlanmış yumşaq konstruksiyalar təşkil edib.
Layihənin direktoru Pyotr Vaşilçjek öz ixtirası haqda aşağıdakıları deyib:
"Yumşaq materiallardan hazırlanmış robotlar robot texnikasının inkişafında yeni mərhələ ola bilər. Gələcəkdə bu cür texnologiyalar qidalanma elementlərinin qurulmasını yüngülləşdirə bilər və robotların hərəkət funksionallığını xeyli genişləndirə bilər. Hazırda biz bu yolun başlanğıcındayıq".
Emil Hüseynov
Yumşaq materiallardan robot hazırlanıb
Varşava universitetinin alimləri tərəfindən yaradılmış bir neçə santimetr ölçüsündə olan robot tırtılın hərəkətlərini dəqiq icra edir.“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, polşalı mühəndislər tərəfindən yaradılmış robot yumşaq materiallardan hazırlanıb və ölçüsü o qədər kiçikdir ki, barmağın ucunda yerləşə bilər. Karkas və robotun hərəkət modelinin hazırlanmasında yalnız mühəndislər deyil, həm də fizioloq və bioloqlar iştirak ediblər. Belə əməkdaşlıq nəticəsində tırtılın hərəkətini dəqiq canlandırmaq mümkün olub və ona yalnız irəli-geri sürünmək deyil, həmçinin dönmək və maneələri dəf etmək öyrədilib. Bundan başqa, kiçik ölçülü robot öz çəkisindən 10 dəfə ağır yük daşımaq qabiliyyətinə malikdir.
Robotun karkasının əsasını plastik materialdan hazırlanmış yumşaq konstruksiyalar təşkil edib.
Layihənin direktoru Pyotr Vaşilçjek öz ixtirası haqda aşağıdakıları deyib:
"Yumşaq materiallardan hazırlanmış robotlar robot texnikasının inkişafında yeni mərhələ ola bilər. Gələcəkdə bu cür texnologiyalar qidalanma elementlərinin qurulmasını yüngülləşdirə bilər və robotların hərəkət funksionallığını xeyli genişləndirə bilər. Hazırda biz bu yolun başlanğıcındayıq".
Emil Hüseynov
Baxış sayı: 1206
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib