12px13px15px17px
Tarix:30/08/16

Yeni “Wi-Fi” texnologiyası icad edilib

ABŞ alimləri "Wi-Fi" şəbəkəsinin enerji sərfiyyatını xeyli azaltmağa imkan verəcək texnologiya icad ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "ITtube" resursuna istinadən yazır ki, kəşf sərf edilən enerjini "Bluetooth" texnologiyası ilə müqayisədə dəfələrlə, adi "Wi-Fi" qurğuları ilə 10 min dəfə azaltmağa kömək edəcək. Xüsusilə texnologiyanın analoq və rəqəmli hissələrə ayrılması planlaşdırılır. Belə ki, yalnız bir analoq ötürücüdən istifadə nəzərdə tutulur. Bina daxilində passiv şüalandırmanın təsir məsafəsi təxminən 30 metr təşkil edir.

Məlumata görə, standart "Wi-Fi" şəbəkələri siqnalları qəbul edərək marşrutlayıcının gücünü artırmağı tələb etmir. Yeni texnologiyanın müxtəlif sahələrdə faydalı olacağı bildirilir.

Nizam Nuriyev 




Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024