Tarix:31/08/16
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, gənclərdən fərqli olaraq qocalar hətta kömək çağırmaq qabiliyyətinə malik deyillər. Amma ABŞ alimlərinin ixtirası bu vəziyyəti tamamilə dəyişdirə bilər.
Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 sm azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86% artmasından xəbər verir.
Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası yaşlı insanları travmalardan qorumağa kömək edəcək.
İxtira “TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etmək barədə razılıq əldə etməyə hazırlaşırlar.
Emil Hüseynov
İnsanın yerə yıxılmasını əvvəlcədən xəbər verəcək datçiklər sistemi hazırlanıb
Yerə yıxılma yaşlı insanlar üçün daha xüsusilə təhlükəlidir. Yaşlandıqca koordinasiyanın itirilməsi vəziyyəti ağırlaşdırır. Məhz yaşlı nəsil üçün hazırlanmış sensorlar sistemi insanları yerə yıxılma ehtimalı ilə bağlı əvvəlcədən xəbərdar edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, gənclərdən fərqli olaraq qocalar hətta kömək çağırmaq qabiliyyətinə malik deyillər. Amma ABŞ alimlərinin ixtirası bu vəziyyəti tamamilə dəyişdirə bilər.
Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 sm azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86% artmasından xəbər verir.
Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası yaşlı insanları travmalardan qorumağa kömək edəcək.
İxtira “TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etmək barədə razılıq əldə etməyə hazırlaşırlar.
Emil Hüseynov
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib