Tarix:01/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yaradılan antena bir neçə paylayıcı qəbuledici-ötürücüdən ibarət kompleksdir. Sonuncu qurğu istənilən tezlikli rəqəmli siqnalla işləyə bilir və müasir mobil telefonların göstəriciləri (saniyədə 474 kilobitədək) ilə müqayisədə məlumatların ötürülmə sürətini 100-1000 dəfə artırmağa imkan verir. Bundan başqa, yeni antena böyük enerji effektivliyinə malikdir.
Antenanın əsas xüsusiyyəti onun universal olmasındadır. Tədqiqat həmmüəllifi Yari-Matti Hannulanın sözlərinə görə, antena müxtəlif simsiz rabitə texnologiyalarının (GPS, Bluetooth, Wi-Fi) işini bir qurğuda birləşdirməyə imkan verir. Hazırda onların işi ayrı-ayrı komponentlərlə təmin edilir. Öz növbəsində inteqrasiya yeni antenanın kompakt olmasına görə mobil telefonları yüngül, onların displeylərini böyük edəcək.
Qeyd edilir ki, məlum antena istehsalı metodları ya yüksək buraxılış zolaqlı, ya da yüksək şüalanma effektivliyi ilə qurğular hazırlamağa imkan verir. Bu halda antenaların şüalanma effektivliyi mobil elektronika bazarı inkişaf etdikcə azalır, çünki onların işlək tezlik diapazonu çoxalır. Bu, telefonların əhatə dairəsinin azalmasına səbəb olur ki, bu da rabitə operatorları tərəfindən baza stansiyaları şəbəkəsinin genişləndirilməsi vasitəsilə kompensasiya edilir.
Radiotexnika professoru Ville Viikari bildirib ki, yeni üsul beşinci nəsil mobil telefoniyada yeni inqilabın başlanmasının əsasını qoyub və Finlandiyanı sahə üzrə liderlərdən biri kimi təmsil edir. Tədqiqatda növbəti addım “Huawei” şirkətinin telefonlarında yeni tip antenaların sınaqlarının keçirilməsi olacaq. Həmçinin alimlər hazırlanan antenaların parametrlərinə nəzarət üçün rəqəmli sistemlərin yaradılması üzərində çalışırlar.
Nizam Nuriyev
“5G” şəbəkələri üçün universal antena yaradılıb
Finlandiyanın Aalto Universitetinin mühəndisləri yüksək buraxılış zolağına və şüalanma effektivliyinə malik universal rəqəmli antenaların yaradılması texnologiyasını hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yaradılan antena bir neçə paylayıcı qəbuledici-ötürücüdən ibarət kompleksdir. Sonuncu qurğu istənilən tezlikli rəqəmli siqnalla işləyə bilir və müasir mobil telefonların göstəriciləri (saniyədə 474 kilobitədək) ilə müqayisədə məlumatların ötürülmə sürətini 100-1000 dəfə artırmağa imkan verir. Bundan başqa, yeni antena böyük enerji effektivliyinə malikdir.
Antenanın əsas xüsusiyyəti onun universal olmasındadır. Tədqiqat həmmüəllifi Yari-Matti Hannulanın sözlərinə görə, antena müxtəlif simsiz rabitə texnologiyalarının (GPS, Bluetooth, Wi-Fi) işini bir qurğuda birləşdirməyə imkan verir. Hazırda onların işi ayrı-ayrı komponentlərlə təmin edilir. Öz növbəsində inteqrasiya yeni antenanın kompakt olmasına görə mobil telefonları yüngül, onların displeylərini böyük edəcək.
Qeyd edilir ki, məlum antena istehsalı metodları ya yüksək buraxılış zolaqlı, ya da yüksək şüalanma effektivliyi ilə qurğular hazırlamağa imkan verir. Bu halda antenaların şüalanma effektivliyi mobil elektronika bazarı inkişaf etdikcə azalır, çünki onların işlək tezlik diapazonu çoxalır. Bu, telefonların əhatə dairəsinin azalmasına səbəb olur ki, bu da rabitə operatorları tərəfindən baza stansiyaları şəbəkəsinin genişləndirilməsi vasitəsilə kompensasiya edilir.
Radiotexnika professoru Ville Viikari bildirib ki, yeni üsul beşinci nəsil mobil telefoniyada yeni inqilabın başlanmasının əsasını qoyub və Finlandiyanı sahə üzrə liderlərdən biri kimi təmsil edir. Tədqiqatda növbəti addım “Huawei” şirkətinin telefonlarında yeni tip antenaların sınaqlarının keçirilməsi olacaq. Həmçinin alimlər hazırlanan antenaların parametrlərinə nəzarət üçün rəqəmli sistemlərin yaradılması üzərində çalışırlar.
Nizam Nuriyev
Baxış sayı: 611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib