12px13px15px17px
Tarix:05/09/16

Qəhvə hazırlayan robot nümayiş etdirilib

Qəhvə hazırlayan robot ilk dəfə ötən il “MWC” sərgisində təqdim edilib. Bu günlərdə isə Berlində keçirilən “IFA” tədbiri çərçivəsində sözügedən robotu işlək vəziyyətdə nümayiş etdiriblər. Robot audiosistem, televizor, smartfon, kompüterə qoşularaq istifadəçi ilə "ağıllı" ev arasında vasitəçilik edə bilər. Sadəcə, robotu çağırmaq və nə cür qəhvə istədiyinizi ona demək lazımdır. Bundan sonra, sadəcə, fincanı qəhvə dəmləyənə qoymaq lazımdır, qalan işi robot özü edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Xperia Agent” robotu “Siri” və ya “Cortana” kimi rəqəmli assistentə malikdir və bunun sayəsində istifadəçi robota tapşırıq verə bilər.
 
Məsələn, robotdan təqvimi yoxlamağı və ya hansısa nömrəni yığmağı xahiş etmək mümkün olacaq. Bundan başqa, robot animasiyalı gözlərlə təchiz edilib və musiqi sədaları altında rəqs edə bilir.

Beləliklə, robot kamera, mikrofon və sensor ekranla təchiz edilib, təqvimdəki hadisələri yoxlaya, zəng edə, rəqs edə biləcək.

Emil Hüseynov




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020