12px13px15px17px
Tarix:07/09/16

Özü təmizlənən dəsmallar yaradılıb

Yeni həll real olsa bundan sonra, dəsmalları yumağa ehtiyac olmayacaq. “JPLiving SilverBamboo” layihəsinin yeni  inqilabi özü təmizlənən dəsmaldır. Bunun üçün “JPLiving SilverBamboo” layihəsi “Kickstarter” platformasında maliyyə toplayır.

“ICTnews” Elektron Xəbər Xidməti “fainaidea.com” saytına istinadən yazır ki, “JPLiving SilverBamboo” adlı dəsmal bambuk və gümüşün qarışığından yaradılıb. Dəsmal öz tərkibi sayəsində istifadədən sonra təzə qalır.

Sanitar normaların uyğun olaraq dəsmalın istifadəsindən sonra onu yumaq lazımdır, amma belə sanitar normalar digər tərəfdən xeyli miqdarda su işlədilməsinə səbəb olur. Bundan başqa, dəsmalı daha az yumaq az məhsul istehsalına imkan verir, çünki bu dəsmallar adi dəsmallarla müqayisədə uzun müddət istifadə ediləcək.

Emil Hüseynov




Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024