Tarix:08/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni qurğunu istifadəyə verən “TomTom” şirkəti insan bədəninin tərkibinin analiz prosedurunu sadələşdirməklə analiz üçün bütün lazımi sistemləri insanın biləyinə keçirməyi planlaşdırır. Şirkət nümayəndələrinin sözlərinə görə, piyin miqdarı və əzələ kütləsinin faizi barədə məlumat vaxt ötdükcə istifadəçidə hansı fəaliyyət və ya pəhriz növünün onun sağlamlığına təsir göstərməsi haqqında təsəvvür yarada bilər.
Lazımi ölçmələr aparmaq üçün "TomTom Touch” adlanan sensorlu fitnes-treker istifadəçinin bədəni ilə zəif cərəyan buraxacaq. Piyin miqdarı və əzələ kütləsi barədə ətraflı məlumat cərəyanın bədəndən keçmə müddəti və hansı maneələrlə qarşılaşması əsasında hesablanacaq.
Bundan başqa, yeni qurğu bütün müasir funksiyalara malikdir. Onlar arasında istifadəçinin aktivliyinin ölçülməsi, sərf olunan kalorinin miqdarı, eləcə də qət edilən məsafənin və yuxu vaxtının hesablanması funksiyaları yer alıb.
“TomTom Touch”ın bütün imkanları smartfonlar üçün “TomTom MySports” əlavəsi ilə tamamlanacaq. Əlavədə istifadəçi qurğudan istifadə üzrə ətraflı statistika ilə tanış ola, eləcə də günün rejimi, qidalanma və idman aktivliyi ilə əlaqədar faydalı məsləhətlər ala biləcək. Həmçinin qurğunun sensorlu ekranı smartfondan daxil olan zəngləri qəbul etməyə və bildirişlərə baxmağa imkan verir.
Şirkət qiyməti 130 dollar təşkil edəcək yeni qurğunu oktyabrda satışa çıxarmağı planlaşdırır.
Nizam Nuriyev
İnnovativ qurğu orqanizmdə piyin miqdarını izləyəcək
Yeni sensorlu “TomTom” fitnes-trekeri istifadəçinin sağlamlığını izləməklə piy və əzələ kütləsinin faizini ölçəcək, eləcə də ürəyin aktivliyinin və döyüntüsünün statistikasını aparacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni qurğunu istifadəyə verən “TomTom” şirkəti insan bədəninin tərkibinin analiz prosedurunu sadələşdirməklə analiz üçün bütün lazımi sistemləri insanın biləyinə keçirməyi planlaşdırır. Şirkət nümayəndələrinin sözlərinə görə, piyin miqdarı və əzələ kütləsinin faizi barədə məlumat vaxt ötdükcə istifadəçidə hansı fəaliyyət və ya pəhriz növünün onun sağlamlığına təsir göstərməsi haqqında təsəvvür yarada bilər.
Lazımi ölçmələr aparmaq üçün "TomTom Touch” adlanan sensorlu fitnes-treker istifadəçinin bədəni ilə zəif cərəyan buraxacaq. Piyin miqdarı və əzələ kütləsi barədə ətraflı məlumat cərəyanın bədəndən keçmə müddəti və hansı maneələrlə qarşılaşması əsasında hesablanacaq.
Bundan başqa, yeni qurğu bütün müasir funksiyalara malikdir. Onlar arasında istifadəçinin aktivliyinin ölçülməsi, sərf olunan kalorinin miqdarı, eləcə də qət edilən məsafənin və yuxu vaxtının hesablanması funksiyaları yer alıb.
“TomTom Touch”ın bütün imkanları smartfonlar üçün “TomTom MySports” əlavəsi ilə tamamlanacaq. Əlavədə istifadəçi qurğudan istifadə üzrə ətraflı statistika ilə tanış ola, eləcə də günün rejimi, qidalanma və idman aktivliyi ilə əlaqədar faydalı məsləhətlər ala biləcək. Həmçinin qurğunun sensorlu ekranı smartfondan daxil olan zəngləri qəbul etməyə və bildirişlərə baxmağa imkan verir.
Şirkət qiyməti 130 dollar təşkil edəcək yeni qurğunu oktyabrda satışa çıxarmağı planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib