Tarix:09/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, internet mağazaları və “Əşyalar interneti” texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə “ağıllı” həllər təqdim etməyə məcbur edir. “Volkswagen” şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem “ağıllı” qapı zənglərinin istehsalı ilə məşğul olan “DoorBird” şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.
Alman şirkətinin yeni avtomobilləri “DoorBird” şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.
Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.
Nizam Nuriyev
Avtomobillər və qapı zənglərini birləşdirən sistem hazırlanıb (VİDEO)
Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı səyahətdə olan zaman poçtalyon və kuryerlərlə əlaqə saxlamağa imkan verəcək avtomobil və ev arasında yeni rabitə sistemi təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, internet mağazaları və “Əşyalar interneti” texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə “ağıllı” həllər təqdim etməyə məcbur edir. “Volkswagen” şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem “ağıllı” qapı zənglərinin istehsalı ilə məşğul olan “DoorBird” şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.
Alman şirkətinin yeni avtomobilləri “DoorBird” şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.
Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.
Nizam Nuriyev
Baxış sayı: 873
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib