Tarix:09/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Tori Qunnlauqsson və Ester Serenderin rəhbərliyi ilə kollecinin tədqiqatçılar qrupu İrlandiya Kral Cərrahlar Kollecinin (RCSI) əməkdaşları ilə insan sümükləri barədə informasiya əldə etməyə imkan verən müasir lüminessent maddə yaratmaq üçün bir araya gəlib. Onların yaratdığı metodika gələcəkdə rentgeni əvəz edə bilər.
Sümüyün üzərinə yerləşdirilən birləşmə onun zədəli nahiyələrinə nüfuz edərək onları ətraflı şəkildə ekranda göstərir. Bu müasir “3D” skanetmə üsulu gələcəkdə əksər hallarda skelet implantların quraşdırılmasının qarşısını alacaq. Texnologiya, həmçinin osteoporoz kimi degenerativ xəstəlikləri olan insanlar üçün xəbərdaredici sistem kimi işləyə bilir.
Maddə qırmızı işıq verən təhlükəsiz bioloji nanoagentlər formalaşdıran mikroskopik qızıl strukturlardan ibarətdir. Onları sümük sınığı zamanı yaranan zəngin kalsium səthlər cəlb edir. Bunun sayəsində nanoagentlər hətta az zədələnən nahiyələri özlərinə tərəf çəkməklə şəkillərdə çartağları işıqlandırır.
Zədələr barədə xəbərdarlıq etməklə yanaşı, texnologiya rentgendən istifadə zərurətini aradan qaldırır. Bunun sayəsində xəstələr müayinə zamanı radiasiya təsirinə məruz qalmır.
Layihədə iştirak edən professor Kliv Linin sözlərinə görə, bu, sayı deyil, keyfiyyəti müəyyənləşdirən ilk haldır. “Mikroçartağları qeyd etmək və sonradan onları maqnit-rezonans terapiyası vasitəsilə müəyyənləşdirmək üçün nanoagentdən istifadə sayəsində biz yüksək sınma riskinə malik sümükləri aşkarlamaq və lazımi müalicəni təyin etmək niyyətindəyik. Zədələrin qarşısının alınması əməliyyat və implantlara tələbatı azaldacaq” - o əlavə edib.
Nizam Nuriyev
Sümüklərin “3D” skanetmə metodikası rentgeni əvəz edəcək
İrlandiyanın Triniti Kollecinin tədqiqatçıları zəif sümükləri sınmazdan əvvəl müəyyənləşdirən üçölçülü skanetmə üsulu hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Tori Qunnlauqsson və Ester Serenderin rəhbərliyi ilə kollecinin tədqiqatçılar qrupu İrlandiya Kral Cərrahlar Kollecinin (RCSI) əməkdaşları ilə insan sümükləri barədə informasiya əldə etməyə imkan verən müasir lüminessent maddə yaratmaq üçün bir araya gəlib. Onların yaratdığı metodika gələcəkdə rentgeni əvəz edə bilər.
Sümüyün üzərinə yerləşdirilən birləşmə onun zədəli nahiyələrinə nüfuz edərək onları ətraflı şəkildə ekranda göstərir. Bu müasir “3D” skanetmə üsulu gələcəkdə əksər hallarda skelet implantların quraşdırılmasının qarşısını alacaq. Texnologiya, həmçinin osteoporoz kimi degenerativ xəstəlikləri olan insanlar üçün xəbərdaredici sistem kimi işləyə bilir.
Maddə qırmızı işıq verən təhlükəsiz bioloji nanoagentlər formalaşdıran mikroskopik qızıl strukturlardan ibarətdir. Onları sümük sınığı zamanı yaranan zəngin kalsium səthlər cəlb edir. Bunun sayəsində nanoagentlər hətta az zədələnən nahiyələri özlərinə tərəf çəkməklə şəkillərdə çartağları işıqlandırır.
Zədələr barədə xəbərdarlıq etməklə yanaşı, texnologiya rentgendən istifadə zərurətini aradan qaldırır. Bunun sayəsində xəstələr müayinə zamanı radiasiya təsirinə məruz qalmır.
Layihədə iştirak edən professor Kliv Linin sözlərinə görə, bu, sayı deyil, keyfiyyəti müəyyənləşdirən ilk haldır. “Mikroçartağları qeyd etmək və sonradan onları maqnit-rezonans terapiyası vasitəsilə müəyyənləşdirmək üçün nanoagentdən istifadə sayəsində biz yüksək sınma riskinə malik sümükləri aşkarlamaq və lazımi müalicəni təyin etmək niyyətindəyik. Zədələrin qarşısının alınması əməliyyat və implantlara tələbatı azaldacaq” - o əlavə edib.
Nizam Nuriyev
Baxış sayı: 2296
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib