Tarix:19/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, sukeçirməz “LVL” qurğudan şüalanaraq istifadəçinin dərisindən keçən qısa infraqırmızı işıq şüalarından istifadə edir. İşığı analiz edərək geriyə dönən qurğu optik ötürücülər vasitəsilə qanın rəngində istifadəçinin tərləməsi nəticəsində nə qədər su itirməsini göstərən kiçik dəyişiklikləri aşkarlayır. Bu göstəricilər quruluq səviyyəsinə yaxınlaşan zaman “LVL” qurğusu istifadəçinin vəziyyəti düzəltmək üçün hansı həcmdə su içməsini göstərməklə ona xəbərdarlıq edir.
Bundan başqa, qurğu ürək döyüntüsünün azalması, yuxunun keyfiyyəti, istifadəçinin aktivliyi və sərf edilən kalorilərin miqdarı kimi parametrləri izləyə bilir.
İdarəetmə üçün rəngli sensorlu displeylə təchiz edilən “LVL” “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün əlavə vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşdırılır. Avtonom rejimdə istismar müddəti 4 gün təşkil edir, batareyanı enerji ilə doldurmaq üçün 2 saat tələb olunur.
Hazırda “BSX Athletics” şirkəti “Kickstarter” saytında qurğunun seriyalı istehsalına başlamaq üçün vəsait toplamaqla məşğuldur. Qurğunun ilkin sifariş qiyməti 119, pərakəndə satış qiyməti 199 dollar təşkil edəcək.
Nizam Nuriyev
Yeni qurğu orqanizmin susuzluq səviyyəsini müəyyənləşdirəcək
“BSX Athletics” şirkəti biləyə taxılaraq orqanizminin susuzluq səviyyəsini dəqiqliklə müəyyənləşdirən “LVL” qurğusunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, sukeçirməz “LVL” qurğudan şüalanaraq istifadəçinin dərisindən keçən qısa infraqırmızı işıq şüalarından istifadə edir. İşığı analiz edərək geriyə dönən qurğu optik ötürücülər vasitəsilə qanın rəngində istifadəçinin tərləməsi nəticəsində nə qədər su itirməsini göstərən kiçik dəyişiklikləri aşkarlayır. Bu göstəricilər quruluq səviyyəsinə yaxınlaşan zaman “LVL” qurğusu istifadəçinin vəziyyəti düzəltmək üçün hansı həcmdə su içməsini göstərməklə ona xəbərdarlıq edir.
Bundan başqa, qurğu ürək döyüntüsünün azalması, yuxunun keyfiyyəti, istifadəçinin aktivliyi və sərf edilən kalorilərin miqdarı kimi parametrləri izləyə bilir.
İdarəetmə üçün rəngli sensorlu displeylə təchiz edilən “LVL” “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün əlavə vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşdırılır. Avtonom rejimdə istismar müddəti 4 gün təşkil edir, batareyanı enerji ilə doldurmaq üçün 2 saat tələb olunur.
Hazırda “BSX Athletics” şirkəti “Kickstarter” saytında qurğunun seriyalı istehsalına başlamaq üçün vəsait toplamaqla məşğuldur. Qurğunun ilkin sifariş qiyməti 119, pərakəndə satış qiyməti 199 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib