Tarix:23/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, italyan dizayner Marko Zaqariya problemi orijinal üsulla həll etməyi təklif edərək düzgün istiqaməti göstərən “ağıllı” kəmər icad edib. “Ubivade” adlanan aksessuar 16 vibrasiya motorunun quraşdırıldığı adi dəri kəmərdir. Vibrasiya sayəsində “Ubivade” lazımi yerə çatmaq üçün harada dönməyi əvvəlcədən deyəcək, eləcə də avtobus dayanacağı barədə xəbərdarlıq edəcək.
Qurğunun başlıca müsbət cəhəti diqqəti yayındıran displey və düymələrin olmamasındadır. İstifadəçi qarşıdan gələn adamla toqquşmaq riski ilə üzləşmir, eləcə də motosiklet və ya velosipeddə gedən zaman xəritəyə baxmaq üçün dayanmağa ehtiyac qalmır. Bunun üçün yalnız yola düşməzdən əvvəl smartfon əlavəsində lazım olan yeri qeyd etmək tələb olunur. Mobil qurğu ilə “Bluetooth” vasitəsilə birləşdirilmiş kəmər hara dönmək lazım olanda həmin tərəfdən vibrasiya siqnalı verəcək.
Hazırda “Kickstarter” saytında layihə şəklində olan “Ubivade” kəmərini 190 dollara sifariş etmək olar. Mavi, qəhvəyi və qara rəngli kəmər klassik və idman üslubunda istehsal ediləcək. Aksessuarın tədarükünə 2017-ci ilin fevralında başlamaq planlaşdırılır.
Nizam Nuriyev
“Ağıllı” kəmər lazımi yerə çatmağa kömək edəcək
Böyük şəhərdə bəzən lazımi yeri tapmaq çətin olur. Müasir texnologiyalar sayəsində bütün smartfon istifadəçiləri xəritədə mənzil başını tapa və marşrutu müəyyənləşdirə bilir. Lakin hərəkətdə olarkən, xüsusilə, məsələn, motosiklet sürərkən yolu azmamaq üçün xəritəyə baxmaq narahatlıq yaradır.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, italyan dizayner Marko Zaqariya problemi orijinal üsulla həll etməyi təklif edərək düzgün istiqaməti göstərən “ağıllı” kəmər icad edib. “Ubivade” adlanan aksessuar 16 vibrasiya motorunun quraşdırıldığı adi dəri kəmərdir. Vibrasiya sayəsində “Ubivade” lazımi yerə çatmaq üçün harada dönməyi əvvəlcədən deyəcək, eləcə də avtobus dayanacağı barədə xəbərdarlıq edəcək.
Qurğunun başlıca müsbət cəhəti diqqəti yayındıran displey və düymələrin olmamasındadır. İstifadəçi qarşıdan gələn adamla toqquşmaq riski ilə üzləşmir, eləcə də motosiklet və ya velosipeddə gedən zaman xəritəyə baxmaq üçün dayanmağa ehtiyac qalmır. Bunun üçün yalnız yola düşməzdən əvvəl smartfon əlavəsində lazım olan yeri qeyd etmək tələb olunur. Mobil qurğu ilə “Bluetooth” vasitəsilə birləşdirilmiş kəmər hara dönmək lazım olanda həmin tərəfdən vibrasiya siqnalı verəcək.
Hazırda “Kickstarter” saytında layihə şəklində olan “Ubivade” kəmərini 190 dollara sifariş etmək olar. Mavi, qəhvəyi və qara rəngli kəmər klassik və idman üslubunda istehsal ediləcək. Aksessuarın tədarükünə 2017-ci ilin fevralında başlamaq planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib