12px13px15px17px
Tarix:23/09/16

Yaxın gələcəkdə gözlərin qüzehi qişası vasitəsilə tanıma texnologiyası populyar olacaq

"ABI Research" analitiklərinin proqnozuna əsasən, istifadəçinin eyniləşdirməsi üzrə ən təhlükəsiz metodlardan biri olan gözlərin qüzehi qişası vasitəsilə tanıma texnologiyası yaxın gələcəkdə qlobal smartfon bazarında geniş tətbiq ediləcək. Ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonların qlobal  çatdırmaları, demək olar ki, 300 milyon ədədə nail olacaq.

"Gözün qüzehi qişasının təsviri insan bədəninin dəyişməz və tamamilə unikal xarakteristikası olduğundan daha çox smartfon istehsalçısı öz məhsullarında qüzehi qişanın skan edilməsinə əsaslanan biometrik eyniləşdirmə sisteminin tətbiqinə çalışır. Biometrik eyniləşdirmə sisteminin köməyi ilə qurğunu blokdan çıxara və mobil ödənişlər edə bilərlər" – "ABI" şirkətinin baş analitiki Marina Lyu bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssis hesab edir ki, bu texnologiya əksər istifadəçilərin mobil ödənişlərə keçməsinə kömək edəcək.

2015-ci ildə Yaponiyanın "Fujitsu" şirkəti öz smartfonlarında ilk dəfə qüzehi qişanın skan edilməsini tətbiq edib. Bundan sonra bu texnologiya "Microsoft Lumia 950" və "950 XL" aparatlarında, "ZTE Nubia Prague S", həmçinin "HP Elite x3" planşetində tətbiq edilib.

Sözügedən texnologiya, həmçinin "Samsung Galaxy Note 7" fabletində də istifadə edilib. Ekspertlər hesab edirlər ki, tezliklə bir çox başqa istehsalçılar bu texnologiyadan istifadə edəcəklər. "Apple" şirkəti hələ ki "iPhone" qurğusunda qüzehi qişanın skanından istifadəyə dair qərar verməyib.

"ABI"-nin ekspertləri hesab edirlər ki, gələcəkdə yalnız bahalı smartfonlar deyil, həm də ucuz modellər bu texnologiya ilə təchiz ediləcək.

Emil Hüseynov




Baxış sayı: 972

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024