Tarix:30/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, belə xüsusiyyətlərə akkumulyatorun, prinsipcə, yeni daxili strukturu və laminar üst qatdan istifadə sayəsində nail olmaq mümkün olub. Yaponiya istehsalçısının məlumatına görə, elastik akkumulyator minlərlə ardıcıl əymə və ya burulmadan sonra özünün əvvəlki tutumunun 99 faizini saxlayır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, əyilmənin maksimum radiusu 25 mm, burulma bucağı 25 dərəcə təşkil edir. Bundan əlavə, akkumulyator sızma və qızmadan etibarlı qorunub ki, bu da ondan bilavasitə insan bədəni yaxınlığında (bunun sayəsində daşınan qurğular və “ağıllı” geyimlə inteqrasiya mümkün olur) olan qurğularda istifadəyə imkan verir. Texnologiya Yaponiyada 25 patent hüququ, eləcə də sifarişlər nəzərə alınmaqla 15 beynəlxalq patentlə qorunur.
“Panasonic” yeni akkumulyatoru oktyabrın 4-7-də Yaponiyada keçiriləcək "CEATEC 2016” beynəlxalq sərgisində nümayiş etdirməyi planlaşdırır. Elastik akkumulyatorun ilk nümunələrinin tədarükünə bu il oktyabrın sonunda başlamaq nəzərdə tutulur. Həmçinin şirkət gələcəkdə akkumulyatorların qalınlığının kiçildilməsi üzərində çalışmaq niyyətindədir.
Nizam Nuriyev
“Ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator hazırlanıb
“Panasonic” şirkəti “ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator təqdim edib. Qalınlığı 0,55 mm təşkil edən batareya dəfələrlə əyildikdən (radius - 25 millimetrədək) və burulduqdan (öz oxu üzrə 25 dərəcə) sonra yenidən enerji ilə doldurulur və işləmə xüsusiyyətlərini saxlayır. Onun üstünlüyü məhz bundadır: ənənəvi litium-ion akkumulyatorlardan fərqli olaraq yeni batareya formasını dəyişmir və buna görə əyiləndə sınmır.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, belə xüsusiyyətlərə akkumulyatorun, prinsipcə, yeni daxili strukturu və laminar üst qatdan istifadə sayəsində nail olmaq mümkün olub. Yaponiya istehsalçısının məlumatına görə, elastik akkumulyator minlərlə ardıcıl əymə və ya burulmadan sonra özünün əvvəlki tutumunun 99 faizini saxlayır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, əyilmənin maksimum radiusu 25 mm, burulma bucağı 25 dərəcə təşkil edir. Bundan əlavə, akkumulyator sızma və qızmadan etibarlı qorunub ki, bu da ondan bilavasitə insan bədəni yaxınlığında (bunun sayəsində daşınan qurğular və “ağıllı” geyimlə inteqrasiya mümkün olur) olan qurğularda istifadəyə imkan verir. Texnologiya Yaponiyada 25 patent hüququ, eləcə də sifarişlər nəzərə alınmaqla 15 beynəlxalq patentlə qorunur.
“Panasonic” yeni akkumulyatoru oktyabrın 4-7-də Yaponiyada keçiriləcək "CEATEC 2016” beynəlxalq sərgisində nümayiş etdirməyi planlaşdırır. Elastik akkumulyatorun ilk nümunələrinin tədarükünə bu il oktyabrın sonunda başlamaq nəzərdə tutulur. Həmçinin şirkət gələcəkdə akkumulyatorların qalınlığının kiçildilməsi üzərində çalışmaq niyyətindədir.
Nizam Nuriyev
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib