Tarix:30/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, kompüterdə qurulmuş proqramların idarəetməsi üçün lazımi məlumatların əsas hissəsinin əməli yaddaşda saxlanılmasına baxmayaraq, prosessor daima keş yaddaşdan istifadə edir, çünki ona müraciət daha sürətlidir. Keş yaddaşda məlumatlar makro bloklarda saxlanılır və bu, prosessora lazımi informasiyanın yerini müəyyənləşdirməyə imkan verir. Ancaq informasiyanın oxunması zamanı prosessor, həmçinin lazımsız məlumatları da oxuyur ki, bu da artıq vaxt və əlavə enerji xərci deməkdir.
“Samsung” şirkəti və Şimali Karolina Universitetinin alimlərindən ibarət komandanın yeni tədqiqat işi lazımi makro blokun prosessor tərəfindən tapılma dəqiqliyini artırmağa imkan verib.
“DFC” (“Dense Footprint Cache”) adlandırılmış yeni texnologiya keş yaddaşın idarəetməsi üzrə müasir metodlarla müqayisədə prosessorun məhsuldarlığını 9.5% yüksəltməyə və enerji sərfiyyatını 9.3% azaltmağa imkan verib.
Emil Hüseynov
Keş yaddaşın idarəetməsi üzrə yeni üsul prosessorun məhsuldarlığını 9.5% artırıb
“Samsung Electronics” şirkəti və Şimali Karolina Universitetinin alimləri tərəfindən keş yaddaşın idarəetməsi üçün hazırlanmış yeni üsul məlumatların prosessorlar tərəfindən tapılması effektivliyini və sürətini yüksəltməyə imkan verib.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, kompüterdə qurulmuş proqramların idarəetməsi üçün lazımi məlumatların əsas hissəsinin əməli yaddaşda saxlanılmasına baxmayaraq, prosessor daima keş yaddaşdan istifadə edir, çünki ona müraciət daha sürətlidir. Keş yaddaşda məlumatlar makro bloklarda saxlanılır və bu, prosessora lazımi informasiyanın yerini müəyyənləşdirməyə imkan verir. Ancaq informasiyanın oxunması zamanı prosessor, həmçinin lazımsız məlumatları da oxuyur ki, bu da artıq vaxt və əlavə enerji xərci deməkdir.
“Samsung” şirkəti və Şimali Karolina Universitetinin alimlərindən ibarət komandanın yeni tədqiqat işi lazımi makro blokun prosessor tərəfindən tapılma dəqiqliyini artırmağa imkan verib.
“DFC” (“Dense Footprint Cache”) adlandırılmış yeni texnologiya keş yaddaşın idarəetməsi üzrə müasir metodlarla müqayisədə prosessorun məhsuldarlığını 9.5% yüksəltməyə və enerji sərfiyyatını 9.3% azaltmağa imkan verib.
Emil Hüseynov
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)