12px13px15px17px
Tarix:26/09/11

“Amazon” bu həftə planşet təqdim edəcək

“Amazon” şirkəti sentyabrın 28-də Nyu-Yorkda (ABŞ) keçiriləcək xüsusi tədbirə dəvətnamələr göndərib. Müşahidəçilər güman edirlər ki, tədbir planşetin təqdimatına həsr ediləcək.

Qeyri-rəsmi informasiyaya əsasən, qurğu 7 düym diaqonallı rəngli sensor ekrana malik olacaq və proqram platforması kimi “Android” mobil əməliyyat sistemi istifadə olunacaq.

Yeniliyin “Kindle” brendi altında çıxacağı gözlənilir və təxminən 250 dollara istehlakçılara təqdim olunacaq. “Amazon” şirkəti planşetin elanından sonra ilk il ərzində 3 milyon planşet fərdi kompyuter sata bilər.

Hesablamalara əsasən, ikinci rübdə bütün dünyada müxtəlif proqram-aparat platformalarında 15,1 milyon planşet tədarük olunub. Bu göstərici 2010-cu ilin eyni dövrü üçün nəticəni 4 dəfədən çox üstələyir.

Analitiklər proqnozlaşdırırlar ki, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq. Əgər bu proqnoz düz olsa, 2010-cu il (17,6 milyon qurğu satılıb) ilə müqayisədə artım 261,4% təşkil edəcək.



Baxış sayı: 1541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024