Tarix:01/10/16
"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "ХoSoft" adlanan "ağıllı" şalvar və ümumilikdə geyim sistemi mahiyyət etibarilə ayaqların aktivliyini saxlayan və əzələ atrofiyası xəstəliklərinin qarşısını alan yumşaq və modullu ekzoskeletdir. Xarici görünüşünə görə adi şalvarı xatırladan ekzoskelet qocalara və əlillərə hərəkətliliyi artırmağa kömək etməklə sağlamlıq vəziyyətini və həyat keyfiyyətini yaxşılaşdıra bilir.
Qabaqcıl parça və "ağıllı" materiallardan oynaqların hərəkətsizliyini və hərəkət azlığını hiss edəcək geyimin yaradılması üçün istifadə ediləcək. Quraşdırılmış sensorlar istifadəçiyə lazımi hərəkətləri etmək üçün idarəedici qurğu və gücləndirici vasitəsilə yardımçı olacaq. Bundan başqa, qurğu geyimi geyinənin istəyinə uyğun hərəkət sərbəstliyini təmin edəcək. Artıq Avropa İttifaqı və İsveçrə texnologiyanın hazırlanması üçün 5,4 milyon avro ayırıb.
Nizam Nuriyev
“Ağıllı” şalvar insanlara hərəkət etməyə kömək edəcək
Bir sıra xroniki və genetik xəstəliklər hərəkət pozğunluğunun inkişafına səbəb ola bilər. Təkcə Avropada əlil arabasında gəzən 3,2 milyon, köməksiz hərəkət edə bilməyən 40 milyon insan yaşayır. Bu dəfə çəliksiz və ya qoltuqağacısız hərəkət edə bilməyən insanlara "ağıllı" şalvar yaradan robot texnikası kömək edəcək."ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "ХoSoft" adlanan "ağıllı" şalvar və ümumilikdə geyim sistemi mahiyyət etibarilə ayaqların aktivliyini saxlayan və əzələ atrofiyası xəstəliklərinin qarşısını alan yumşaq və modullu ekzoskeletdir. Xarici görünüşünə görə adi şalvarı xatırladan ekzoskelet qocalara və əlillərə hərəkətliliyi artırmağa kömək etməklə sağlamlıq vəziyyətini və həyat keyfiyyətini yaxşılaşdıra bilir.
Qabaqcıl parça və "ağıllı" materiallardan oynaqların hərəkətsizliyini və hərəkət azlığını hiss edəcək geyimin yaradılması üçün istifadə ediləcək. Quraşdırılmış sensorlar istifadəçiyə lazımi hərəkətləri etmək üçün idarəedici qurğu və gücləndirici vasitəsilə yardımçı olacaq. Bundan başqa, qurğu geyimi geyinənin istəyinə uyğun hərəkət sərbəstliyini təmin edəcək. Artıq Avropa İttifaqı və İsveçrə texnologiyanın hazırlanması üçün 5,4 milyon avro ayırıb.
Nizam Nuriyev
Baxış sayı: 520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet