Tarix:04/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, innovativ texnologiya rentgen şüalanma əvəzinə, elektromaqnit şüa spektrinin görünən hissəsindən istifadə edəcək tamamilə yeni tibbi vizuallaşdırma sistemlərinin yaradılması ilə nəticələnə bilər ki, bu da əksər tibbi prosedurların təhlükəsizliyini artırmağa imkan verəcək. Yeni texnologiya tərtibatçılarının sözlərinə görə, görünən işıq özündə rentgen şüaları və ya ultrasəs dalğaları ilə müqayisədə daha çox informasiya daşıyır. Buna görə texniki görmə sistemlərinin inkişafı institut mütəxəssislərinin işinin əsas istiqamətlərindən birini təşkil edir.
Eksperimentlərdə tədqiqatçılar lazer şüasını qalın plastik təbəqədən keçiriblər. Sonra şüa insan toxumalarını imitasiya edən material qatının içindən keçirilib. Qalın material qatlarında yayılan işıq siqnalının gəlmə vaxtını ölçən yüksəksürətli kameralarla toplanıb. Sonra xüsusi alqoritm lövhədə şəkilin dəqiq təsvirini yaratmaq üçün şəkilləri emal edib.
Tədqiqat qrupunun üzvlərindən birinin sözlərinə görə, gözlərin elektromaqnit şüa spektrinin yalnız dar hissəsinə həssas olmasının səbəbi görünən işığın və materiyanın bir-birinə digər şüalanma tiplərindən daha çox təsir etməsidir. Məhz buna görə rentgen şüaları insan bədəninin içindən keçsə də, özündə az informasiya daşıyır. Rentgen fotoşəkilləri ilə toxumanın növünü müəyyənləşdirmək, qanaxmanı və s. vacib şeyləri görmək qeyri-mümkündür.
Beləliklə, Massaçusets Texnologiya İnstitutunda hazırlanan yeni vizuallaşdırma texnologiyası bütün tibb elmində köklü dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər yeni texnologiyanın təkcə tibdə deyil, həm də avtomobillər üçün sürücüsüz sürmə sistemlərinin hazırlanmasında tətbiq ediləcəyini düşünürlər.
Nizam Nuriyev
Görünən işığa əsaslanan tibbi vizuallaşdırma sistemi hazırlanıb
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ətraf mühitin təsiri, məsələn, insan toxumasından keçməsi ilə yayılan işığın qrafik informasiyasının bərpası üçün innovativ metodika hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, innovativ texnologiya rentgen şüalanma əvəzinə, elektromaqnit şüa spektrinin görünən hissəsindən istifadə edəcək tamamilə yeni tibbi vizuallaşdırma sistemlərinin yaradılması ilə nəticələnə bilər ki, bu da əksər tibbi prosedurların təhlükəsizliyini artırmağa imkan verəcək. Yeni texnologiya tərtibatçılarının sözlərinə görə, görünən işıq özündə rentgen şüaları və ya ultrasəs dalğaları ilə müqayisədə daha çox informasiya daşıyır. Buna görə texniki görmə sistemlərinin inkişafı institut mütəxəssislərinin işinin əsas istiqamətlərindən birini təşkil edir.
Eksperimentlərdə tədqiqatçılar lazer şüasını qalın plastik təbəqədən keçiriblər. Sonra şüa insan toxumalarını imitasiya edən material qatının içindən keçirilib. Qalın material qatlarında yayılan işıq siqnalının gəlmə vaxtını ölçən yüksəksürətli kameralarla toplanıb. Sonra xüsusi alqoritm lövhədə şəkilin dəqiq təsvirini yaratmaq üçün şəkilləri emal edib.
Tədqiqat qrupunun üzvlərindən birinin sözlərinə görə, gözlərin elektromaqnit şüa spektrinin yalnız dar hissəsinə həssas olmasının səbəbi görünən işığın və materiyanın bir-birinə digər şüalanma tiplərindən daha çox təsir etməsidir. Məhz buna görə rentgen şüaları insan bədəninin içindən keçsə də, özündə az informasiya daşıyır. Rentgen fotoşəkilləri ilə toxumanın növünü müəyyənləşdirmək, qanaxmanı və s. vacib şeyləri görmək qeyri-mümkündür.
Beləliklə, Massaçusets Texnologiya İnstitutunda hazırlanan yeni vizuallaşdırma texnologiyası bütün tibb elmində köklü dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər yeni texnologiyanın təkcə tibdə deyil, həm də avtomobillər üçün sürücüsüz sürmə sistemlərinin hazırlanmasında tətbiq ediləcəyini düşünürlər.
Nizam Nuriyev
Baxış sayı: 843
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib