12px13px15px17px
Tarix:05/10/16

Məlumatların saxlanılması və dinamik “3D” holoqramların yaradılması üçün innovativ material icad edilib

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunda işləyən alimlər komandası tərəfindən keçirilmiş yeni tədqiqat çərçivəsində məlumatların daha effektiv saxlanılması və "3D" holoqramların yaradılması üçün yeni material hazırlamaq mümkün olub.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, alimlər materialların nanostrukturlaşdırılması metodundan istifadə ediblər. Sınaq prosesində iki və ya daha çox lazer şüaları materiala optik təzyiq yaratmaqdan ötrü kəsişiblər. Bu metodun əsas özəlliyi optik təzyiqin əks effekti hesabına əldə edilən prosesin geri dönüşüdür.

Alimlərin sözlərinə görə, müəyyən enerji daşıyan lazer şüalarının köməyi ilə möhkəm materialın daxilində gümüş nanozərrəciklərinin düzülüşünü idarə etmək olar. Onlar tərəfindən yaradılan "3D" strukturlarını çoxsəviyyəli məlumat saxlancı kimi istifadə etmək olar. Belə məlumat saxlanclarının həcmi müxtəlif enerjiyə malik müxtəlif sayda lazer impulslarının təsiri hesabına asanlıqla tənzimlənə bilər. Yeni metod geniş imkanlara malikdir.

Emil Hüseynov




Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024