Tarix:06/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, geyimi mühafizə vasitələri ilə təchiz etmək üçün istifadə edilən müasir texnologiyalar təhlükəli birləşmələri udan, lakin tamamilə məhv edə bilməyən karbon materiallardan istifadəyə əsaslanır. Şimali Karolina Universitetinin tədqiqatçılarının əsas məqsədi təhlükəli birləşmələri tam və ya qismən məhv edə bilən yeni materialın kəşfindən ibarət olub.
Tədqiqatçıların işində əsas irəliləyiş qazı mikroskopik süngər kimi canına çəkən geniş səthə malik məsaməli üzvi metal strukturlardan istifadə hesab edilir. Qeyd etmək lazımdır ki, belə strukturlardan artıq sinir-iflic qazlarının aşkarlanması üçün istifadə edilib, lakin onların geyimlərin yaradılmasında indiyədək tətbiqi böyük problem olaraq qalıb.
Universitet alimləri problemin həlli üsulunu kəşf edərək sonradan titan oksid plyonkası ilə örtülən nanoölçülü liflərdən parça yaradıblar. Bu kəşf öz növbəsində materialı nanoliflər yaradan sirkonium əsaslı üzvi metal strukturlarla təchiz etməyə imkan verib.
Yeni material keçirilən sınaqlarda təhlükəli kimyəvi birləşmələrlə mübarizədə inanılmaz effektivlik nümayiş etdirib. Zomanın innovativ materialla təması zamanı yarımdağılma dövrü (hərbi zəhərli maddə) 2,3 dəqiqə təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu maddənin adi şəraitdə yarımdağılma dövrü 45 saata bərabərdir.
Nizam Nuriyev
Zəhərli maddələri məhv edən parça hazırlanıb
ABŞ-ın Şimali Karolina Universitetinin tədqiqatçılarının hazırladığı parça zərərli kimyəvi birləşmələri aktiv şəkildə dağıdaraq hərbi geyimlərin mühafizəsini xeyli yaxşılaşdırmağa imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, geyimi mühafizə vasitələri ilə təchiz etmək üçün istifadə edilən müasir texnologiyalar təhlükəli birləşmələri udan, lakin tamamilə məhv edə bilməyən karbon materiallardan istifadəyə əsaslanır. Şimali Karolina Universitetinin tədqiqatçılarının əsas məqsədi təhlükəli birləşmələri tam və ya qismən məhv edə bilən yeni materialın kəşfindən ibarət olub.
Tədqiqatçıların işində əsas irəliləyiş qazı mikroskopik süngər kimi canına çəkən geniş səthə malik məsaməli üzvi metal strukturlardan istifadə hesab edilir. Qeyd etmək lazımdır ki, belə strukturlardan artıq sinir-iflic qazlarının aşkarlanması üçün istifadə edilib, lakin onların geyimlərin yaradılmasında indiyədək tətbiqi böyük problem olaraq qalıb.
Universitet alimləri problemin həlli üsulunu kəşf edərək sonradan titan oksid plyonkası ilə örtülən nanoölçülü liflərdən parça yaradıblar. Bu kəşf öz növbəsində materialı nanoliflər yaradan sirkonium əsaslı üzvi metal strukturlarla təchiz etməyə imkan verib.
Yeni material keçirilən sınaqlarda təhlükəli kimyəvi birləşmələrlə mübarizədə inanılmaz effektivlik nümayiş etdirib. Zomanın innovativ materialla təması zamanı yarımdağılma dövrü (hərbi zəhərli maddə) 2,3 dəqiqə təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu maddənin adi şəraitdə yarımdağılma dövrü 45 saata bərabərdir.
Nizam Nuriyev
Baxış sayı: 649
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib