12px13px15px17px
Tarix:13/10/16

Yeni "ağıllı" parça öz formasını dəyişdirən geyim yaratmağa imkan verəcək

Alimlər tərəfindən karbon nanoboruları və spandeks liflərindən hazırlanmış parça insanın əzələ və oynaqları kimi müxtəlif siqnallara cavab olaraq öz formasını dəyişdirə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, innovativ materialın yaradılması üzrə yeni tədqiqat işi elektrik materiallarının öyrənilməsi mərkəzində keçirilib. Mütəxəssislər belə materiallar əsasında xəstələrin yerişini və ümumi əhvalını təhlil edərək müxtəlif zədələrdən sonra onların bərpasına kömək edən geyim yaradıblar.

İstehsalçılar qeyd edirlər ki, belə materialın istehsal prosesi asan başa gəlir və böyük vəsait tələb etmir.
İnnovativ material robot texnikasından miniatür sensorlar istehsalına kimi sahələrdə tətbiq edilə bilər. Bu texnologiya daha dəqiq və səliqəli robotların, həmçinin insanın əzələlərini gücləndirəcək geyimlərin yaradılmasında kömək edə bilər.

Emil Hüseynov




Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024