12px13px15px17px
Tarix:14/10/16

”Əlin həssaslığını imitasiya edən protez hazırlayıblar

Amerikalı alimlər tərəfindən hazırlanmış xüsusi protez sayəsində iflic olmuş insan öz barmaqlarına toxunuşu hiss edəcək. “The Washington Post” nəşri yazır ki, Pensilvaniya ştatında yerləşən Pitsburq Universitetinin mütəxəssisləri 30 yaşlı Neytan Kouplendin beyninə protezdən siqnalları qəbul etmək qabiliyyətinə malik kiçik elektrodlar implantasiya ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, insan protezdəki barmaqlara toxunuş zamanı öz iflic olmuş əlinin barmaqlarını hiss edir. Siqnallar zədələnmiş onurğa beynindən yan keçərək göndərilir.

Hesabata əsasən, nəticə bir neçə ay davam etmiş sınaqlar zamanı dəfələrlə təsdiqlənib. Nəşrin fikrincə, bu, iflic olmuş insanlar üçün əsl inqilabdır. Alimlərin yeni həlli gələcəkdə insanlara yalnız əl və ayaqları yerindən tərpətmək deyil, həm də hərəkətləri hiss etmək vəd edir.

ABŞ prezidenti Barak Obama Pitsburqa işçi səfəri zamanı Kouplendin iştirakı ilə keçirilən sınağı izləyib. "Valehedicidir, sadəcə, əla! – Vaşinqton administrasiyasının rəhbəri deyib və Kouplend ilə salamlaşıb. Sizinlə fəxr edirəm".

Xatırladaq ki, Kouplend on il bundan əvvəl avtomobil qəzası keçirib.

Emil Hüseynov




Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024