12px13px15px17px
Tarix:17/10/16

Kosmosdan enerji almaq mümkün olacaq

Yaponiyanın “J Space Systems” şirkəti dünya ictimaiyyətinə kosmosdan enerji almağa imkan verəcək yeni texnologiya təqdim edib. Qurğunun yerətrafı stansiyalardan enerjinin ötürülməsində faydalı olacağı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Yaponiya mütəxəssislərinin hazırladığı qurğu enerji axınlarını yığıb toplayaraq sonradan təyinat yerinə ötürəcək düz formalı antena şəklindədir. İşlək tezliyi 5,8 QHs təşkil edən antena enerjini 50 metr məsafədən qəbul edir. Lakin tədqiqatçıların sözlərinə görə, bu, yalnız ilkin nəticələrdir.  

Qeyd etmək lazımdır ki, yapon texnologiyası hazırda ən çox tələb olunan layihə adını qazanmaq üçün böyük imkanlara malikdir. Qurğunun xüsusilə təbii kataklizm və ya texnogen fəlakətlər nəticəsində müvəqqəti olaraq elektrik enerjisindən məhrum olan regionlar üçün faydalı olacağı bildirilir. Enerji elektrik naqillərinin çəkilməsi qeyri-mümkün olan bütün yerlərdə istifadə oluna bilər. Bu, həmçinin o deməkdir ki, enerjini hava ilə ötürməyin mümkün olmasına görə gələcəkdə insanın adət etdiyi elektrikötürmə xətlərindən istifadəyə ehtiyac qalmayacaq.  

Nizam Nuriyev 




Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024