Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri İranda səfərdədir
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 17-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
Nazir iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Nazirliyin fəaliyyəti və iş prinsipləri haqqında məlumat verən R. Quluzadə qeyd etdi ki, Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir. Artıq Rusiyanın müvafiq qurumları ilə razılıq əldə edilib. İranın da bu layihəyə qoşulması tərəflər üçün faydalı olar. Poçtdaşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, pul vəsaitinin də qənaət edilməsinə səbəb olacaq.
R. Quluzadə Azərbaycanda fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı barədə məlumat verdi.
İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri M. Vaezi dəvəti qəbul etdiyinə görə təşəkkür edərək bildirdi ki, Azərbaycan ilə İran arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün heç bir problem yoxdur.
M. Vaezi görüşdə irəli sürülən təklifləri yüksək qiymətləndirərək həyata keçirilməsi üçün real addımların atılacağını nəzərə çatdırdı.
Görüşdə müştərək markaların çapı, təbliği və satışının təşkili, kibertəhlükəsizlik və sərhədyanı rayonlarda radiodalğaların tənzimlənməsi, eləcə də beynəlxalq trafikin qiymətinin azaldılması məsələləri müzakirə edildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Sonda nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Həmin gün Ramin Quluzadə İranın Milli Poçtunda olaraq qurumun fəaliyyəti və iş prinsipi ilə tanış oldu. İran Milli Poçtunun Baş direktoru Hüseyn Mehri ilə görüş zamanı iki ölkənin poçt təşkilatlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edildi.
Baxış sayı: 2376
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir