Tarix:18/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Qualcomm” şirkətinin icraçı vitse-prezidenti və texnologiyalar üzrə direktor Matt Qrobun sözlərinə görə, sınaqlar "MulteFire” texnologiyasının inkişafı və kommersiyalaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu, həmçinin “5G” çərçivəsində spektrdən birgə istifadə texnologiyasının irəliləməsində vacib mərhələdir, çünki "5G New Radio” (5G NR) texnologiyasının məqsədi lisenziyalaşdırılan, lisenziyalaşdırılmayan və ümumi spektr tezliyindən birgə istifadədir.
"MulteFire” texnologiyası ilə birgə spektrin yaxşılaşmasını "Wi-Fi” istifadəçiləri də hiss edəcək. “Qualcomm” bunu əvvəllər “LAA” texnologiyası üçün sınaqdan keçirib. Maraqlıdır ki, “MulteFire” texnologiyasının lisenziyalaşdırılmış spektrdən asılı olmaması səbəbindən ondan “IoT” şəbəkəsinə qoşulan istənilən operator və ya müəssisə yararlana biləcək.
Şirkət, həmçinin “MulteFire” üçün qlobal texniki spesifikasiyaların hazırlanması və məhsulun sertifikatlaşdırılması ilə məşğul olacaq “MulteFire Alliance” Alyansı yaradıb.
Nizam Nuriyev
“MulteFire” texnologiyası “Wi-Fi” və “LTE” tezlik spektrlərini birləşdirəcək
“Qualcomm” şirkəti dünyada ilk dəfə şəbəkədə bütün efiri skan edərək optimal tezliyi seçən “LBT” xüsusi rejimini dəstəkləyən “MulteFire” simsiz texnologiyasının sınağını keçirib. Bu tip simsiz birləşmə daha çox güc və əhatə zonasının təmini üçün 5 QHs tezliyində “Wi-Fi”-dan birgə istifadə zamanı lisenziyalaşdırılmayan spektrdə “LTE” şəbəkəsinə əsaslanır. Qeyd etmək lazımdır ki, texnologiya adi “LTE”-dən yaxşı nəticələr nümayiş etdirə bilir. “MulteFire” azalan birləşmədə “3GPP Licensed Assisted Access” (LAA Release 13), artan birləşmədə “Enhanced Licensed Assisted Access” (eLAA Release 14) standartlarına əsaslanır.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Qualcomm” şirkətinin icraçı vitse-prezidenti və texnologiyalar üzrə direktor Matt Qrobun sözlərinə görə, sınaqlar "MulteFire” texnologiyasının inkişafı və kommersiyalaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu, həmçinin “5G” çərçivəsində spektrdən birgə istifadə texnologiyasının irəliləməsində vacib mərhələdir, çünki "5G New Radio” (5G NR) texnologiyasının məqsədi lisenziyalaşdırılan, lisenziyalaşdırılmayan və ümumi spektr tezliyindən birgə istifadədir.
"MulteFire” texnologiyası ilə birgə spektrin yaxşılaşmasını "Wi-Fi” istifadəçiləri də hiss edəcək. “Qualcomm” bunu əvvəllər “LAA” texnologiyası üçün sınaqdan keçirib. Maraqlıdır ki, “MulteFire” texnologiyasının lisenziyalaşdırılmış spektrdən asılı olmaması səbəbindən ondan “IoT” şəbəkəsinə qoşulan istənilən operator və ya müəssisə yararlana biləcək.
Şirkət, həmçinin “MulteFire” üçün qlobal texniki spesifikasiyaların hazırlanması və məhsulun sertifikatlaşdırılması ilə məşğul olacaq “MulteFire Alliance” Alyansı yaradıb.
Nizam Nuriyev
Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib