Tarix:19/10/16
Hazırda dünyada işlək olan “LTE” (“4G”) şəbəkələrinin əksəriyyəti məlumatların saniyədə 50 Mbit-dək, “LTE Advanced” şəbəkələri isə 600 Mbit-dək ötürülməsini təmin edir. Ancaq “LTE” internetin dünya üzrə orta sürəti təqribən 14 Mbit/s təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, cari ildə telekommunikasiya bazarının liderləri sərgidə “5G” şəbəkəsində məlumatların saniyədə 25 Qbit sürətlə ötürülməsini təmin edən həll nümayiş etdiriblər. Ancaq hələ ki belə modem smartfonun form-faktoruna və ya hətta noutbuka yerləşmir.
Operator tərəfindən belə sürətin tam dəstəklənməsi şərti ilə smartfonun əməliyyat sistemi, məsələn, “bulud” saxlancındakı məlumatlara daxili daşıyıcıda yerləşən məlumatlardan daha sürətli müraciət edə biləcək. Məsafədən işləyən serverlərdə icra edilərək smartfona yayımlanan istənilən təsvir ölçülü videonun şəbəkə üzrə striminqi və ya oyunlarda yüksək keyfiyyətli qrafika reallığa çevriləcək.
“Qualcomm” şirkətinin rəsmiləri söz verirlər ki, 2017-ci ilin ikinci yarısında “Snapdragon X50” çiplərinin nümunələri sifarişçilərə göndərilməyə başlanılacaq və onlar, öz növbəsində, 2018-ci ildə belə çiplərlə təchiz edilmiş smartfonlar çıxaracaq.
Emil Hüseynov
Smartfonlar üçün ilk “5G” modem nümayiş etdirilib
“Qualcomm” mikroelektronika istehsalçısı gələcəyin smartfonlarını “5G” şəbəkəsində saniyədə 5 qiqabit sürətə malik rabitə ilə təmin etməyə imkan verən “Snapdragon X50” çipini təqdim edib. Şirkətin iddiasına görə, bu çip dünyada smartfonlar üçün ilk “5G” modemdir.Hazırda dünyada işlək olan “LTE” (“4G”) şəbəkələrinin əksəriyyəti məlumatların saniyədə 50 Mbit-dək, “LTE Advanced” şəbəkələri isə 600 Mbit-dək ötürülməsini təmin edir. Ancaq “LTE” internetin dünya üzrə orta sürəti təqribən 14 Mbit/s təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, cari ildə telekommunikasiya bazarının liderləri sərgidə “5G” şəbəkəsində məlumatların saniyədə 25 Qbit sürətlə ötürülməsini təmin edən həll nümayiş etdiriblər. Ancaq hələ ki belə modem smartfonun form-faktoruna və ya hətta noutbuka yerləşmir.
Operator tərəfindən belə sürətin tam dəstəklənməsi şərti ilə smartfonun əməliyyat sistemi, məsələn, “bulud” saxlancındakı məlumatlara daxili daşıyıcıda yerləşən məlumatlardan daha sürətli müraciət edə biləcək. Məsafədən işləyən serverlərdə icra edilərək smartfona yayımlanan istənilən təsvir ölçülü videonun şəbəkə üzrə striminqi və ya oyunlarda yüksək keyfiyyətli qrafika reallığa çevriləcək.
“Qualcomm” şirkətinin rəsmiləri söz verirlər ki, 2017-ci ilin ikinci yarısında “Snapdragon X50” çiplərinin nümunələri sifarişçilərə göndərilməyə başlanılacaq və onlar, öz növbəsində, 2018-ci ildə belə çiplərlə təchiz edilmiş smartfonlar çıxaracaq.
Emil Hüseynov
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib