Tarix:28/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Vyana Texnologiya Universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış maqnitlərin “3D” çap texnologiyası istənilən forma və ölçüdə maqnitlər yaratmağa imkan verəcək. Bundan ötrü rəqəmli kompüter modelini hazırlayaraq onu lay-lay maqnit "mürəkkəbi" çəkən “3D” printerə yükləmək lazımdır.
Polimerin əvəzinə 90% maqnit sapları və 10% əlaqələndirici polimerdən ibarət olan qarışıqdan istifadə etmək təklif edilib. Saplar maqnitləşdirilmədiyindən əldə olunmuş məmulat güclü maqnit sahəsinin təsirinə məruz qalmalıdır.
Yeni texnologiya ən müxtəlif formalı maqnitlər hazırlamağa imkan verir. Bundan başqa, indi bir neçə materialdan ibarət maqnit yaradıla bilər.
Emil Hüseynov
Avstriyada maqnitlərin “3D” çap texnologiyası hazırlanıb
Hazırda maqnitlərin əksəriyyəti təzyiq altında tökmə metodu ilə hazırlanır. Bu texnologiya, məsələn, elmi-tədqiqat layihələrinin reallaşdırılması üçün müəyyən formalı maqnitlərin hazırlanması ilə əlaqədar bəzi məhdudiyyətlərə malikdir.“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Vyana Texnologiya Universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış maqnitlərin “3D” çap texnologiyası istənilən forma və ölçüdə maqnitlər yaratmağa imkan verəcək. Bundan ötrü rəqəmli kompüter modelini hazırlayaraq onu lay-lay maqnit "mürəkkəbi" çəkən “3D” printerə yükləmək lazımdır.
Polimerin əvəzinə 90% maqnit sapları və 10% əlaqələndirici polimerdən ibarət olan qarışıqdan istifadə etmək təklif edilib. Saplar maqnitləşdirilmədiyindən əldə olunmuş məmulat güclü maqnit sahəsinin təsirinə məruz qalmalıdır.
Yeni texnologiya ən müxtəlif formalı maqnitlər hazırlamağa imkan verir. Bundan başqa, indi bir neçə materialdan ibarət maqnit yaradıla bilər.
Emil Hüseynov
Baxış sayı: 732
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib