12px13px15px17px
Tarix:05/11/16

Açılıb-bağlanan yığcam monitor təqdim edilib (VİDEO)

ABŞ-ın "Arovia" startapı qatlanan mexanizmli yığcam monitor düzəldib. "Kickstarter" meydançasında müvafiq pul toplama kampaniyasına başlanılıb.
 
"SPUD" (ing. "Spontaneous Pop-up Display" – "ani açılıb-bağlanan  monitor") adlandırılmış qurğu proyektor rolunu oynayır "SPUD" monitorunun diaqonalı 24 düym, təsvir ölçüsü 1280x720 pikseldir. Cihazın çəkisi 900 qr-dır, yığılmış vəziyyətdə onun ölçüsü kitab boydadır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, monitor "HDMI" konnektoru vasitəsilə təsvirin göstərilməsini dəstəkləyən qurğularla birgə işləyə bilər. Tədarük dəstinə "USB-HDMI" birləşdirici əlavə etmək planlaşdırılır. "SPUD" akkumulyatoru parlaqlıqdan asılı olaraq 3-6 saatadək avtonom işləməyə imkan verir. Bu halda istehsalçılar bildiriblər ki, əgər 250 min dollardan çox vəsait toplanılsa, qurğu daha tutumlu batareya ilə təchiz ediləcək.
 
"SPUD" adlı qurğunun minimum dəyəri 349 dollar təşkil edir. 2017-ci ilin yanvarında qurğunun istifadəçilərə göndərilməsi planlaşdırılıb.

Emil Hüseynov









Baxış sayı: 1500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024