12px13px15px17px
Tarix:24/11/16

“Doppler Smart” adlı “ağıllı” qulaqcıqlar kənar səs-küyü blok edəcək

“Doppler Labs” şirkəti Klivlend Kavalers basketbol komandası, Nyu-York Filarmoniya Orkestri və San-Fransiskoda yerləşən təsviri incəsənət muzeyləri ilə müqavilə imzalayıb. Artıq onların tədbirlərində “Here One” simsiz qulaqcıqlarından istifadə ediləcək. Cari ilin yazında təqdim edilmiş innovativ qulaqcıq kənar səs-küyü təhlil edir ki, bu da onları azaltmağa, musiqi ilə qarışdırmağa və ya istənilən kənar səsləri bloklamağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, məsələn, “Here One” qulaqcığı küçədə avtomobillərdən başqa bütün kənar səs-küyü filterdən keçirə, idman matçlarında isə kütlənin bağırtısını bloklayaraq şərhçinin səsini saxlaya bilir. Nyu-York Mets beysbol klubu, “MADE Fashion Week” dəb həftəsi, ucuz “JetBlue Airways” aviaşirkəti, “Gimlet Media” media şirkəti və Koaçella musiqi festivalı istehsalçının partnyorları sırasına daxildir.

Şirkətin rəsmiləri bildiriblər ki, 2017-ci ildə “ağıllı” filterlərə malik qarniturdan istifadəyə başlanılacaq. Cari ayda 299 dollarlıq “Here One” qulaqcıqlarının tədarükünə başlanılmalı idi, amma “Doppler Labs” sifarişlərin icrasını gələn ilin fevralına kimi təxirə salıb.

Emil Hüseynov




Baxış sayı: 1914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024