12px13px15px17px
Tarix:29/11/16

Yeni texnologiya smartfonun işləmə vaxtını 7 günədək artıracaq

ABŞ alimləri smartfonlar üçün tam yeni batareya yaradıblar. Bir neçə saniyəyə enerji toplaması və işləmə vaxtının 7 gün təşkil etməsi batareyanın əsas fərqləndirici cəhətidir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsutex” resursuna istinadən yazır ki, Florida Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən ərsəyə gətirilən yeni texnologiya smartfonu həftədə bir dəfə enerji ilə doldurmağa imkan verəcək və batareya 5 saniyəyə enerji toplayacaq.

Məlumata görə, hazırda sınaq mərhələsində olan yeni ABŞ texnologiyasına mütəxəssislər gələcəkdə ondan müxtəlif mobil sistemlərdə daha əlverişli istifadə üçün bütün lazımi dəyişiklikləri etməyi planlaşdırırlar.

Qeyd edək ki, bundan əvvəl mütəxəssislər smartfonlarda əlavə akkumulyatordan istifadə variantını təklif ediblər. Nəticədə ekspertlər digər qurğuların bu şəkildə olmasının qabarit və qiymətə təsir edəcəyi və belə modellərin populyarlığının azala biləcəyi qənaətinə gəliblər. Belə perspektivi dərindən öyrənən analitiklər onun həyata keçirilməsindən imtina ediblər.

Nizam Nuriyev 




Baxış sayı: 1848

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024