Tarix:09/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, indi kompüterlərin proqram hissəsi ilə qarşılıqlı əlaqə üçün ənənəvi giriş-çıxış interfeyslərindən istifadə olunur: klaviatura, “maus”, monitor. Spesifik məsələlərin həlli üçün əlavə qurğular (məsələn, qrafik planşet) tətbiq edilə bilər, ancaq ümumilikdə belə qurğular dəsti çox məhduddur. Massaçusets Texnologiya İnstitutunda “Tangible Media Group” adlı laboratoriya alternativ interfeyslərin hazırlanması ilə məşğul olur.
“ChainFORM” adlandırılmış yeni qurğu servomühərriklərdən ibarət zəncir formasındadır. Servomühərriklərin hər biri mikrokontroller, sistem lövhəsi, işıq diodları və datçiklərdən ibarət kənar birləşdirici karkasla təchiz edilib. Zəncirdən birgə və ya tək-tək istifadə etmək mümkündür, sonuncu vəziyyətdə komponentlər müxtəlif funksiyaları yerinə yetirəcək. İnterfeys, həmçinin hərəkətverici rolunu oynaya, rəngi dəyişdirə və insanın toxunuşlarına reaksiya verə bilər.
Müəlliflər təqdimat zamanı “ChainFORM” qurğusunun müxtəlif imkanlarını nümayiş etdiriblər. Belə ki, zəncirdən rəng seçimi, üçölçülü obyektin formasının dəyişilməsi, valkoder, slayder, coystik və ekran üçün mikrokontroller kimi istifadə edilib. Bundan başqa, interfeys insanın hərəkətlərini qeydə alaraq yenidən canlandırmağa imkan verir.
Emil Hüseynov
Alimlər alternativ giriş-çıxış interfeysi yaradıblar
Massaçusets Texnologiya İnstitutunun saytında yerləşdirilmiş məlumata görə, amerikalı alimlər tərəfindən hazırlanmış avtomatlaşdırılmış zəncir giriş-çıxış interfeysinin funksiyalarını yerinə yetirə bilər.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, indi kompüterlərin proqram hissəsi ilə qarşılıqlı əlaqə üçün ənənəvi giriş-çıxış interfeyslərindən istifadə olunur: klaviatura, “maus”, monitor. Spesifik məsələlərin həlli üçün əlavə qurğular (məsələn, qrafik planşet) tətbiq edilə bilər, ancaq ümumilikdə belə qurğular dəsti çox məhduddur. Massaçusets Texnologiya İnstitutunda “Tangible Media Group” adlı laboratoriya alternativ interfeyslərin hazırlanması ilə məşğul olur.
“ChainFORM” adlandırılmış yeni qurğu servomühərriklərdən ibarət zəncir formasındadır. Servomühərriklərin hər biri mikrokontroller, sistem lövhəsi, işıq diodları və datçiklərdən ibarət kənar birləşdirici karkasla təchiz edilib. Zəncirdən birgə və ya tək-tək istifadə etmək mümkündür, sonuncu vəziyyətdə komponentlər müxtəlif funksiyaları yerinə yetirəcək. İnterfeys, həmçinin hərəkətverici rolunu oynaya, rəngi dəyişdirə və insanın toxunuşlarına reaksiya verə bilər.
Müəlliflər təqdimat zamanı “ChainFORM” qurğusunun müxtəlif imkanlarını nümayiş etdiriblər. Belə ki, zəncirdən rəng seçimi, üçölçülü obyektin formasının dəyişilməsi, valkoder, slayder, coystik və ekran üçün mikrokontroller kimi istifadə edilib. Bundan başqa, interfeys insanın hərəkətlərini qeydə alaraq yenidən canlandırmağa imkan verir.
Emil Hüseynov
Baxış sayı: 1600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib