12px13px15px17px
Tarix:14/12/16

Amerikalı alimlər passiv “Wi-Fi” texnologiyasını yaradıblar

Smartfonda “Wi-Fi” simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə “Wi-Fi” siqnalı yaratmağa imkan verir. Yeni texnologiya "passiv Wi-Fi" adlandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, yeni texnologiya rəqəmli və analoq əməliyyatların ayrılması əsasında işləyir. Məhz sonuncu yüksək enerji sərfiyyatına səbəb olur. Passiv “Wi-Fi” siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür.

Passiv “Wi-Fi” texnologiyasının enerji sərfiyyatı “Bluetooth LE” və ya “ZigBee” ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və “USENIX” simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

Emil Hüseynov






Baxış sayı: 1306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024