Tarix:29/09/11
Portativ qurğu və məişət elektronikasında istifadə üçün nəzərdə tutulmuş “TransferJet” sistemi bir neçə santimetr radiusda verilənləri 560 Mbit/s-ə qədər sürətlə ötürməyə imkan yaradır. Faylların ötürülməsi üçün “TransferJet” dəstəyi ilə olan 2 qurğunu bir-birinə sadəcə yaxınlaşdırmaq kifayətdir.
Belə ki, 2 smartfonu yaxınlaşdırıb, birinin yaddaşından musiqi kompozisiyalarını digərinin yaddaşına göndərmək olar.
Hazırda “TC35420” adlanan mikroçip dünyada ən kiçik mikroçip hesab olunur. Onun ölçüləri 4,0×4,0×0,5 millimetr təşkil edir. Bu, çipin yığcam qurğulara, xüsusilə smartfon və planşet kompyuterlərinə inteqrasiyasını mümkün edir.
Bundan başqa, “Toshiba” qeyd edib ki, “TC35420” məmulatı analoji məhsullar arasında ən yüksək həssaslığa malikdir, bu isə sabit əlaqəni təmin edəcək. Mikroçipin kütləvi istehsalı 2012-ci ilin ikinci rübünə nəzərdə tutulub.
Dünyanın ən kiçik mikroçipi
“Toshiba” korporasiyası yeni mikroçip hazırlaması ilə bağlı məlumat verib. Bu mikroçip verilənlərin simsiz ötürülməsi texnologiyasının irəliləyişinə imkan yaradacaq.Portativ qurğu və məişət elektronikasında istifadə üçün nəzərdə tutulmuş “TransferJet” sistemi bir neçə santimetr radiusda verilənləri 560 Mbit/s-ə qədər sürətlə ötürməyə imkan yaradır. Faylların ötürülməsi üçün “TransferJet” dəstəyi ilə olan 2 qurğunu bir-birinə sadəcə yaxınlaşdırmaq kifayətdir.
Belə ki, 2 smartfonu yaxınlaşdırıb, birinin yaddaşından musiqi kompozisiyalarını digərinin yaddaşına göndərmək olar.
Hazırda “TC35420” adlanan mikroçip dünyada ən kiçik mikroçip hesab olunur. Onun ölçüləri 4,0×4,0×0,5 millimetr təşkil edir. Bu, çipin yığcam qurğulara, xüsusilə smartfon və planşet kompyuterlərinə inteqrasiyasını mümkün edir.
Bundan başqa, “Toshiba” qeyd edib ki, “TC35420” məmulatı analoji məhsullar arasında ən yüksək həssaslığa malikdir, bu isə sabit əlaqəni təmin edəcək. Mikroçipin kütləvi istehsalı 2012-ci ilin ikinci rübünə nəzərdə tutulub.
Baxış sayı: 1249
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib