Tarix:06/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “3DSignals” şirkətinin mütəxəssisləri tərəfindən lazımi avadanlığa (avtomobilin mühərriki və ya quraşdırma konveyeri) quraşdırılan ultrasəs mikrofonları 0-100 KHs diapazonunda akustik titrəyişləri qeydə almaq qabiliyyətinə malikdir. Bu mikrofonlar tərəfindən toplanılmış məlumatlar “bulud” xidmətinə ötürülür və qlobal neyron şəbəkəsi onların işlənməsi ilə məşğul olur. Sistem titrəyişlərin normal göstəricilərdən fərqliliyi zamanı nasazlıq tipini aşkar edərək nəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir.
İndi “3DSignals” artıq ağır sənaye sektorunun bir neçə şirkəti ilə əməkdaşlıq edir və gələcəkdə sürücüsüz hərəkət edən taksi şəbəkələri işə salmağı planlaşdıran firmalarla danışıqlar aparır.
Emil Hüseynov
Süni intellekt mexanizmlərdən çıxan səsləri “dinləyərək” nasazlığı aşkar edəcək
Dəfələrlə avtomobil sürücüsünün öz avtomobilinin səsinə qulaq asaraq “deyəsən, mühərrikdə problem var” deməsinin şahidi olmuşuq. İsrailin “3DSignals” şirkətinin süni intellekti artıq bu məsələlərlə məşğul olacaq. Onlar tərəfindən yaradılmış dərin kompüter təlimi prinsiplərindən istifadə edən süni intellekt sistemi mexanizmlərdən çıxan səsləri dinləyərək onlarda nasazlıq əlamətləri axtarır.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “3DSignals” şirkətinin mütəxəssisləri tərəfindən lazımi avadanlığa (avtomobilin mühərriki və ya quraşdırma konveyeri) quraşdırılan ultrasəs mikrofonları 0-100 KHs diapazonunda akustik titrəyişləri qeydə almaq qabiliyyətinə malikdir. Bu mikrofonlar tərəfindən toplanılmış məlumatlar “bulud” xidmətinə ötürülür və qlobal neyron şəbəkəsi onların işlənməsi ilə məşğul olur. Sistem titrəyişlərin normal göstəricilərdən fərqliliyi zamanı nasazlıq tipini aşkar edərək nəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir.
İndi “3DSignals” artıq ağır sənaye sektorunun bir neçə şirkəti ilə əməkdaşlıq edir və gələcəkdə sürücüsüz hərəkət edən taksi şəbəkələri işə salmağı planlaşdıran firmalarla danışıqlar aparır.
Emil Hüseynov
Baxış sayı: 651
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib