12px13px15px17px
Tarix:13/06/11

“Samsunq” azərbaycanlı istifadəçilərinə Galaxy S 2 smartfonunu təqdim etdi

Dünyanın aparıcı mobil qurğular istehsalçısı “Samsunq Elektronics” şirkəti Galaxy S 2 smartfonunun rəsmi təqdimatını keçirib. Şirkətin Bakı nümayəndəliyinin rəhbəri yeni smartfonu Azərbaycanda mobil qurğu və innovasiya texnologiyaları həvəskarları üçün gözəl ərmağan adlandırıb.
MDB ölkələri üzrə ofisin mobil telefon marketinq şöbəsinin müdiri İlya Fedotov təqdimatda çıxış edərək bildirib ki, Galaxy S 2 smartfonu biznes və əyləncə üçün nəzərdə tutulmuş güclü alətlərə malik smartfonun təcəssümü olaraq 8.49 mm qalınlığa və 116 qram çəkiyə malikdir. Smartfonun ekranı əvvəlkindən 14 faiz daha genişdir və 8 mp-lik kamera ilə təchiz edilib ki, bu da Full HD(1080 p) formatında yüksək keyfiyyətli videonu çəkməyə imkan verir. Onu da bildirək ki, yeni smartfondan Koreyada 1 ay ərzində 800 min, MDB ölkələrində isə 10 milyondan çox satılıb.
Qeyd edək ki, paytaxtın mobil telefon mağazalarında bu smartfonun pərakəndə satışı 699 manatdır.



Baxış sayı: 4510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024