Tarix:07/01/17
"ICTnews" Elektron Xəbər Xidməti "IGgate" resursuna istinadən yazır ki, yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan - sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.
Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır.
Qeyd edək ki, "Synaptics" şirkətinin həllərindən "Apple" smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən "iPhone 8" modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.
Nizam Nuriyev
Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub
Ötən ilin sonunda "Synaptics" şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni "Natural ID" barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən "CES 2017" sərgisində yeni texnologiyanı praktiki göstərib."ICTnews" Elektron Xəbər Xidməti "IGgate" resursuna istinadən yazır ki, yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan - sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.
Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır.
Qeyd edək ki, "Synaptics" şirkətinin həllərindən "Apple" smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən "iPhone 8" modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 1545
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib