Tarix:09/01/17
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, qeyri-adi "SCiO" ötürücüsü iki il əvvəl "Kickstarter" saytında uğurla vəsait toplayan yaxın infraqırmızı spektrometrin miniatür versiyasıdır. Ötürücü müxtəlif məhsul və ya obyektləri onların üst səthlərinin "izi"nə görə tanıya bilir. Məsələn, sensor çiyələk tabağında ən şirin giləmeyvəni və ya dondurmanın kaloriliyini müəyyənləşdirir, saxta dərmanı tanıyır və ya smartfon sahibinin bədənində piyin miqdarını hesablayır.
"Changhong H2" ötürücüsü ümumilikdə qeyd olunan vəzifələrin öhdəsindən uğurla gəlir, perspektivdə isə proqram tərtibatçılarının müxtəlif məhsulların "izləri"ni əvvəlcədən toplayacağı təqdirdə geniş spektrli əlavələrin yaradılması üçün istifadə oluna bilər. Məsələn, spektrometr çörəkdə zülalın miqdarını müəyyənləşdirir.
Yeni smartfonun əsas xüsusiyyətləri kimi onun alümin korpus çərçivə, 1920*1080 təsvir ölçülü 6 düymlük displey, adı açıqlanmayan səkkiznüvəli prosessor, 16 meqapikselli əsas kamera, barmaq izi ötürücüsü və 3 min milliamper/saat tutumlu batareya ilə təchiz edilməsi qeyd olunur.
"Changhong H2" smartfonunun yaxın vaxtlarda Çin, ilin sonunda isə ABŞ bazarında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti barədə məlumat verilmir.
Nizam Nuriyev
Molekulyar skanerli ilk smartfon təqdim edilib
Çinin ən böyük televizor istehsalçısı "Changhong" şirkəti Las-Veqasda keçirilən "CES" sərgisi çərçivəsində geniş tətbiqi potensiala malik dünyada ilk quraşdırılmış molekulyar sensorla təchiz edilən "Changhong H2" smartfonunu təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, qeyri-adi "SCiO" ötürücüsü iki il əvvəl "Kickstarter" saytında uğurla vəsait toplayan yaxın infraqırmızı spektrometrin miniatür versiyasıdır. Ötürücü müxtəlif məhsul və ya obyektləri onların üst səthlərinin "izi"nə görə tanıya bilir. Məsələn, sensor çiyələk tabağında ən şirin giləmeyvəni və ya dondurmanın kaloriliyini müəyyənləşdirir, saxta dərmanı tanıyır və ya smartfon sahibinin bədənində piyin miqdarını hesablayır.
"Changhong H2" ötürücüsü ümumilikdə qeyd olunan vəzifələrin öhdəsindən uğurla gəlir, perspektivdə isə proqram tərtibatçılarının müxtəlif məhsulların "izləri"ni əvvəlcədən toplayacağı təqdirdə geniş spektrli əlavələrin yaradılması üçün istifadə oluna bilər. Məsələn, spektrometr çörəkdə zülalın miqdarını müəyyənləşdirir.
Yeni smartfonun əsas xüsusiyyətləri kimi onun alümin korpus çərçivə, 1920*1080 təsvir ölçülü 6 düymlük displey, adı açıqlanmayan səkkiznüvəli prosessor, 16 meqapikselli əsas kamera, barmaq izi ötürücüsü və 3 min milliamper/saat tutumlu batareya ilə təchiz edilməsi qeyd olunur.
"Changhong H2" smartfonunun yaxın vaxtlarda Çin, ilin sonunda isə ABŞ bazarında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 695
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib