12px13px15px17px
Tarix:10/01/17

“Intel” şirkəti kredit kartı boyda mini-fərdi kompüter təqdim edib

ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş "CES" beynəlxalq istehlak sərgisində "Intel" şirkəti tərəfindən təqdim edilmiş kredit kartını xatırladan  "Compute Card" adlı qeyri-adi mini-fərdi kompüter adi ev qurğularını "ağıllı" qurğulara çevirmək qabiliyyətinə malikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Compute Card" mini-kompüterinin ölçülərinin 95x55x5 mm təşkil etməsinə baxmayaraq, bu yığcam korpusa birkristallı sistem, əməli və daimi yaddaş, həmçinin simsiz və kabel qoşulması üçün zəruri elementlərə malik mini-kompüter yerləşdirilib.

Şirkət hələ ki qurğunun dəqiq xüsusiyyətlərini açıqlamayıb. Yaradıcıların fikrincə, "Compute Card" ev qurğularının sadə yeniləməsində istifadə edilə bilər və bu da ev qurğularının "əşyalar interneti" texnologiyalarını dəstəkləməsinə imkan verəcək. Məsələn, mini-fərdi kompüteri soyuducu, videomüşahidə kameraları və başqa qurğularda istifadə etmək mümkün olacaq.

Emil Hüseynov




Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024