12px13px15px17px
Tarix:17/01/17

“BLITAB” şirkəti gözdən əlillər üçün ilk planşet yaradıb

“BLITAB” startapı tərəfindən hazırlanmış eyni adlı planşet gözdən əlil və zəif görən istifadəçilər üçün nəzərdə tutulmuş ilk qurğudur. “BLITAB” planşeti ötən ayın əvvəlində Las-Veqasda keçirilmiş “CES 2017” sərgisi çərçivəsində təqdim edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “BLITAB” qurğusunun aşağı hissəsi “Android” sistemi ilə işləyən adi planşetdir və yuxarı hissəsinə isə Brayl ekranı qurulub: kanallar üzrə gələn maye ekranın membranına təzyiq göstərməklə səthdə taktil nöqtələrdən ibarət təsvir formalaşdırır. Planşetin istehsalçıları bildiriblər ki, ekran yalnız mətni deyil, həm də daha mürəkkəb informasiyanı (məsələn, ərazinin xəritəsi və ya şəkillər) göstərmək qabiliyyətinə malikdir. Ekranı aktivləşdirmək üçün qurğunun kənarında yerləşən düyməyə sıxmaq kifayətdir.

Hazırda bazarda kütləvi istehsala malik Brayl displeyləri mövcuddur, ancaq belə displeylərin səthindəki nöqtələr pyezoelementlərin köməyi ilə oxların irəli çəkilməsi hesabına formalaşdırılır. Bu texnologiyadan istifadə nəticəsində belə ekranlar olduqca böyük alınır və qiyməti bahalı olur. Bundan başqa, belə ekranlar yalnız fərdi kompüterə qoşulduqda işləyir.

“BLITAB” qurğusunda tətbiq edilən texnologiya bu çatışmazlıqlardan məhrumdur: planşetin ölçüsü nisbətən yığcamdır və qiyməti təxminən 500 dollar təşkil edəcək. İstehsalçılar yaxın vaxtlarda ilkin sifarişlərin qəbuluna başlamağı planlaşdırırlar və cari ilin yayında planşetlərin tədarükünə başlanılacaq.

Emil Hüseynov






Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024