12px13px15px17px
Tarix:19/01/17

Bu qurğu enerji doldurulması zamanı smartfondakı məlumatların ehtiyat surətini yaradır

"Toshiba" şirkəti "Canvio for Smartphone" adlı xarici daşıyıcının tədarükünə başlayıb. Yeni cihaz "USB-C" və ya "USB-A" konnektorları vasitəsilə qoşulma zamanı "Android" mobil sistemli smartfonu enerji ilə doldurmaqla yanaşı, aparatdakı məlumatların ehtiyat surətini yaradır.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni cihazın prototipi Berlində keçirilmiş "IFA-2016" sərgisində nümayiş etdirilib. Görünüşcə ağ nəlbəkini xatırladan qurğu eyni zamanda həm kabellə qoşulmuş smartfonu enerji ilə doldurur, həm də istifadəçi məlumatlarının (kontakt, sənəd, musiqi, video) ehtiyat surətini daxili sərt diskdə saxlayır. Bunun üçün öncədən aparata proqram quraşdırmaq lazımdır.

"Toshiba" şirkəti tərəfindən hazırlanmış həll məlumatların saxlanılmasını  mobil telefonun gündəlik şarjı kimi adiləşdirmək üçün nəzərdə tutulub. Bundan başqa, sözügedən qurğudan istifadəçi məlumatlarının bir smartfondan başqasına daşınması üçün istifadə etmək olar. Bu zaman məlumatlara fərdi kompüterdən müraciət mümkündür. "Canvio" qurğusu eyni anda bir neçə mobil telefonun məlumatlarının ehtiyat surətini saxlaya bilir.

Emil Hüseynov




Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024