12px13px15px17px
Tarix:09/02/17

Virus xəstəliklərinin tez aşkarlanması üçün cihaz hazırlanıb

Yaponiyada 10 dəqiqəyə insanda müxtəlif virus və bakteriyaların törətdiyi bu və ya digər infeksiyalı xəstəliyin olmasını və tipini müəyyənləşdirməyə imkan verən 500 qramlıq unikal kompakt cihaz yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, qurğunu Milli Sənaye Elmləri və Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birlikdə hazırlayan “Nihon Itagarasu” şirkətinin rəsmi nümayəndəsi bildirib ki, cihazın bu il satışına başlamaq nəzərdə tutulur.

Bildirilir ki, hazırda virusun mövcudluğunu aşkarlamaq və tipini müəyyənləşdirmək üçün yalnız ixtisaslaşmış müəssisələrdə olan ağır stasionar avadanlıq tələb olunur. Bu növ prosedurun həyata keçirilməsi üçün hazırda Yaponiyada təxminən 1 saat lazımdır. “Yeni cihaz bunu tüpürcək və qan nümunələri ilə təqribən 10 dəqiqəyə etməyə imkan verir”, - şirkət nümayəndəsi qeyd edib.

Cihaz ucqar yerlərə asanlıqla çatdırıla, adi poliklinikalarda, yeyinti sənayesi müəssisələrində, təyyarə göyərtələrində, “quş qripi” xəstəliyinin yayılmasında şübhələr yaranan zaman fermalarda istifadə oluna bilən xüsusi batareya ilə işləyir.

Şirkət nümayəndəsi iş üçün xüsusi biliklər tələb edən cihazın peşəkarlar üçün nəzərdə tutulduğunu vurğulayaraq  hələlik məişətdə tətbiq edilməyəcəyini düşündüyünü bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə cihazın sınaq nümunələri yaradılıb, eləcə də qiymət müəyyənləşdirilməyib. “Eyni analiz üçün hazırkı stasionar qurğuların qiyməti 2-3 milyon yen (18-27 min dollar) təşkil edir. Biz cihazı daha ucuz - 1 milyon yenə (9 min dollara yaxın) satmaq niyyətindəyik”, - o əlavə edib.

Nizam Nuriyev 




Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024