Tarix:10/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, universitetdə uzaq məsafələr üçün mobil robot texnikasının idarəetmə texnologiyasının sınaqları keçirilib. Alimlər robotların avtomatik rejimdə intellektual sistemlərdən istifadə olunmaqla yerinə yetirilən mini-proqramların köməyi ilə idarə edilməsi təklifini irəli sürüblər. Texnologiya uzaq məsafələrə siqnalların ötürülməsi zamanı yubanma probleminin həllinə, eləcə də robot texnikasının, məsələn, kosmik məkanda daha stabil işinin təmininə kömək edəcək.
Layihə müəlliflərinin fikrincə, belə yanaşma ən uzaq planetlər, məsələn, Mars üçün robotların yaradılmasına imkan verəcək. Hazırda bütün dünyada bunun üzərində iş aparılır.
Məlumata görə, tədqiqat çərçivəsində, həmçinin robotlar qrupunun intellektual idarəetmə texnologiyası sınaqdan keçirilib. Moskva və Vladivostokda robot lider və idarə edilən robotlara ayrılan analoji qruplar təşkil olunub. Onların idarəetməsi növbə ilə ölkənin müxtəlif guşələrindən aparılıb: liderlərə konkret missiyanın yerinə yetirilməsi üçün mini-proqramlar göndərilib və onlar idarə edilən robotlar üçün tapşırıqları formalaşdıraraq onu yerinə yetiriblər.
Həmçinin süni intellektə malik lider robotlar qrupunu müşahidə edərək problemləri yaranan robotların tapşırıqlarına düzəlişlər edib.
Tapşırıq başa çatdıqdan sonra lider robot informasiyanı idarəetməni həyata keçirən operatora ötürüb. Öz növbəsində operator tapşırığın yerinə yetirilmə dərəcəsindən asılı olaraq ona yeni proqram göndərib.
Nizam Nuriyev
Kosmosda robot texnikasının yeni idarəetmə texnologiyası yaradılıb
Rusiyanın Uzaq Şərq Federal Universitetində kosmosda mobil robot texnikasının mini-proqramlar vasitəsilə yeni idarəetmə texnologiyası yaradılıb.“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, universitetdə uzaq məsafələr üçün mobil robot texnikasının idarəetmə texnologiyasının sınaqları keçirilib. Alimlər robotların avtomatik rejimdə intellektual sistemlərdən istifadə olunmaqla yerinə yetirilən mini-proqramların köməyi ilə idarə edilməsi təklifini irəli sürüblər. Texnologiya uzaq məsafələrə siqnalların ötürülməsi zamanı yubanma probleminin həllinə, eləcə də robot texnikasının, məsələn, kosmik məkanda daha stabil işinin təmininə kömək edəcək.
Layihə müəlliflərinin fikrincə, belə yanaşma ən uzaq planetlər, məsələn, Mars üçün robotların yaradılmasına imkan verəcək. Hazırda bütün dünyada bunun üzərində iş aparılır.
Məlumata görə, tədqiqat çərçivəsində, həmçinin robotlar qrupunun intellektual idarəetmə texnologiyası sınaqdan keçirilib. Moskva və Vladivostokda robot lider və idarə edilən robotlara ayrılan analoji qruplar təşkil olunub. Onların idarəetməsi növbə ilə ölkənin müxtəlif guşələrindən aparılıb: liderlərə konkret missiyanın yerinə yetirilməsi üçün mini-proqramlar göndərilib və onlar idarə edilən robotlar üçün tapşırıqları formalaşdıraraq onu yerinə yetiriblər.
Həmçinin süni intellektə malik lider robotlar qrupunu müşahidə edərək problemləri yaranan robotların tapşırıqlarına düzəlişlər edib.
Tapşırıq başa çatdıqdan sonra lider robot informasiyanı idarəetməni həyata keçirən operatora ötürüb. Öz növbəsində operator tapşırığın yerinə yetirilmə dərəcəsindən asılı olaraq ona yeni proqram göndərib.
Nizam Nuriyev
Baxış sayı: 766
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib