Tarix:14/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Böyük Britaniya Ticarət Standartları İnstitutu tərəfindən ötən il keçirilən sınaqların nəticələrinə görə, internet mağazalarında alınan 400 saxta enerjitoplama qurğusunun 397-si baza təhlükəsizlik testindən keçməyib. Problemin həlli üçün “MIT” mütəxəssisləri “Elliptik əyri kriptoqrafiya” kimi tanınan kriptoqrafik autentifikasiya üsulundan istifadə edən simsiz enerjidoldurma qurğusu yaradıblar. Bu proses sayəsində qurğu simsiz enerjidoldurma stansiyasının təhlükəsizliyini yoxlaya və yoxlanışdan keçməyən stansiyanın enerji ilə doldurulmasını dayandıra bilər.
Metod yaradıcılarının sözlərinə görə, texnologiya daha bir üstünlüyə malikdir. Belə ki, eyni vaxtda iki qurğunun enerji ilə doldurulması daha bərabər tempdə ediləcək. Simsiz enerjidoldurmanın hazırkı effektivliyi qurğunun daxili elektrik enerjisinə yaxın olmasından asılı olduğu halda yeni həll bütün enerjinin bir qurğuya doldurulmamasına nəzarət edəcək.
Yeni texnologiyanın kommersiya qurğularına tətbiq edilməsi planları barədə hələlik məlumat verilmir.
Nizam Nuriyev
Yeni metod saxta simsiz enerjidoldurma qurğularını aşkarlayacaq
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları saxta simsiz enerjidoldurma qurğuları ilə bağlı problemin həlli üçün nəzərdə tutulan yeni simsiz enerjidoldurma metodu icad ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Böyük Britaniya Ticarət Standartları İnstitutu tərəfindən ötən il keçirilən sınaqların nəticələrinə görə, internet mağazalarında alınan 400 saxta enerjitoplama qurğusunun 397-si baza təhlükəsizlik testindən keçməyib. Problemin həlli üçün “MIT” mütəxəssisləri “Elliptik əyri kriptoqrafiya” kimi tanınan kriptoqrafik autentifikasiya üsulundan istifadə edən simsiz enerjidoldurma qurğusu yaradıblar. Bu proses sayəsində qurğu simsiz enerjidoldurma stansiyasının təhlükəsizliyini yoxlaya və yoxlanışdan keçməyən stansiyanın enerji ilə doldurulmasını dayandıra bilər.
Metod yaradıcılarının sözlərinə görə, texnologiya daha bir üstünlüyə malikdir. Belə ki, eyni vaxtda iki qurğunun enerji ilə doldurulması daha bərabər tempdə ediləcək. Simsiz enerjidoldurmanın hazırkı effektivliyi qurğunun daxili elektrik enerjisinə yaxın olmasından asılı olduğu halda yeni həll bütün enerjinin bir qurğuya doldurulmamasına nəzarət edəcək.
Yeni texnologiyanın kommersiya qurğularına tətbiq edilməsi planları barədə hələlik məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib